Novruzov Azad Sevindik oğlu () — pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Naxçıvan Müəllimlər İnstitutunun rektoru (2000–27.11.2024), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı.

Həyatı Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur.

1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır.

1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam vermişdir.

Elmi və pedoqoji fəaliyyəti 1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir.

2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır.

Təltif və mükafatları 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Pedaqogika üzrə fəlsəfə doktorları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatları