Jalə Fərhad qızı Əhmədova () — hüquqşünas, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimi, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Azərbaycan Gimnastika Federasiyasında İntizam Komitəsinin üzvü, Safe Sport Officer (Təhlükəsiz İdman Məsulu), "Psixi Sağlamlıq" Proqramının rəhbəri, Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupunun üzvü, Azərbaycan Standartlaşdırma İnstitutu yanında "Psixoloji yardım" üzrə Texniki Komitənin sədri, Beynəlxalq Qadınlar Klubunun İdarə Heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru və "Qızıl Ulduz" medalı laureatı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü, gənclərlə iş sahəsi üzrə mentor. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri.
Həyatı Jalə Fərhad qızı Əhmədova 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Bakı Dövlət Universiteti Psixologiya fakültəsinin tələbəsidir. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın insan resursları şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində Daxili Nəzarət İdarəsinin baş zabit-hüquqşünas vəzifələrində çalışıb. . AR Milli Məclisinin VI çağırış deputatı olub. Hal-hazırda AR əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimidir.
Rus və ingilis dillərini bilir.
Ehtiyatda olan zabitdir.
Ailəsi Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin (1954–2022) qızıdır.
AR Dövlət Təhlükəsizlik Xidmətinin mərhum polkovniki Babək Əhmədovun (1970–2022) həyat yoldaşıdır.
İki övladı var.
İctimai-siyasi fəaliyyəti 2018–2022-ci il — "Wing Chun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və birinci Vitse-Prezidenti. 2022-ci il — Türk Dövlətləri Autizm Federasiyasının Baş Katibi. 2022–2025-ci il — Azərbaycan Autizm Assosiasiyasının Prezidenti. 2022–2025-ci il — Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının Prezidenti. 2023-cü il — Paralimpiya komitəsinin İdarə Heyətinin üzvü. 2023-cü il — Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü. 2024-cü il — "İDDO Psixi Sağlamlıq Proqramının" rəhbəri. 2024-cü il — Azərbaycan Standartlaşdırma İnstitutunun yanında "Psixoloji yardım" üzrə Texniki Komitənin sədri. 2024-cü il — Beynəlxalq Qadınlar Klubunun İdarə Heyətinin üzvü. 2024-cü il — Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri. 2025-ci il — Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupunun üzvü. 2025-ci il — Azərbaycan Maliyyə İqtisad Kollecinin müəllimi. 2026-cı il — Azərbaycan Üzgüçülük Federasiyasının Vitse-Prezidenti. 2026-cı il — Azərbaycan Gimnastika Federasiyasında İntizam Komitəsinin üzvü. 2026-cı il -- Milli Olimpiya Komitəsi tərəfindən seçilmiş sertifikatlı Safe Sport Officer (Təhlükəsiz İdman Məsulu). 2026-cı il — Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru və həmin akademiyanın "Qızıl ulduz" medalı laureatı.
Milli Məclis 2020–2024-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. İnsan hüquqları komitəsinin üzvü olub. Gənclər və idman komitəsinin üzvü olub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü olub. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü olub. Azərbaycan–Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri