Qauhati Universiteti () – Assam bölgəsinin Qauhati şəhərində yerləşən Hindistanda dövlət universiteti.

Tarixi Qauhati Universiteti 1848-ci ildə Assam bölgə hökuməti tərəfindən yaradılmışdır. Şimal-Şərqi Hindistanın ən qədim və nüfuzlu universitetlərindən biridir. Universitetin fəaliyyətə 18 kolleclə başlamışdır. Hazırda isə universitetin tərkibinə 341 kollec daxildir.

Qauhati Universitetinin 1955–1956-cı illərdə inşa olunmuş hazırkı kampusu şəhərin işərisində, Brahmaputra çayının sahilində yerləşir. Universitet altı fakültədən ibarətdir: təbiət elmləri, hüquq, mühəndislik, kommersiya, tibb və incəsənət.

Gauhati Universiteti Hindistan Universitetləri Birliyinin (Association of Indian Universities) və Beynəlxalq Universitetlər Cəmiyyətinin (Association of Commonwealth Universities) üzvüdür. Gauhati Universitetinin kitabxanası Assam bölgəsinin ən böyük kitabxanası hesab olunur. Kitabxananın kolleksiyasında 850.000-ə yaxın kitab, jurnal və məcmuə vardır. Bundan əlavə, kitabxanada təxminən 300 yaşı olan 5000-ə yaxın qiymətli əlyazması mühafizə olunur. Gauhati Universitetinin Azərbaycanın elmi mərkəzləri ilə əlaqələri mövcuddurManuscript Conservation Centres . 2018-ci ildən Universitetinin İran departamenti nəzdində türk dili tədris olunur.

İdarəetmə Q. U. Məhkəmə İcra Şurası və Elmi Şura universitetin səlahiyyətindədir.

İstinadlar

Kateqoriya:Hindistan Kateqoriya:Hindistan universitetləri