Yuli İsayeviç Ayxenvald və ya Yuli Eyxenvald (Tam adı: ; ) — milli estetizmi inkişaf etdirmiş rus-yəhudi əsilli ədəbi tənqidçi. Rus əsilli ABŞ yazıçısı Vladimir Nabokov Ayxenvaldı "Rusiyanın Volter Pateri" adlandırırdı."Russian version of Walter Pater - Google Book Search at books.google.com Həyatı Ayxenvald Odessa vilayətinin Balta şəhərində ravvin ailəsində anadan olub. Odessada yerləşən Yeni Rusiya Universitetində təhsil alıb və burada Şopenhauerin ideyalarını mənimsəyib. 1895-ci ildə Moskvaya köçdükdən sonra Yu. Ald () və B. Kamenetski () təxəllüslərindən istifadə etmişdir.

Ayxenvald Şopenhauerin fikirlərini dəstəkləyərək belə hesab edirdi ki, incəsənət irrasionaldır və onun mahiyyətini yalnız intuisiya vasitəsilə duymaq olar. O, əksər rus ədəbi tənqidçilərinin ədəbiyyata sosial və utilitar meyarları tətbiq etməsini və bədii tənqid adı altında siyasi jurnalistikanı formalaşdırmalarını sərt tənqid edirdi.

Rusiya inqilabının ardınca müəllifin "İnqilab: Liderlər və idarə edilənlər" essesi dərc olunur. Həmin essedə şəxsən Lev Trotskini hədəf alan Ayxenvald qısa müddətə həbs olunur və 1922-ci ildə Almaniyaya sürgün edilir. Almaniyada ikən Rulj kimi bir neçə nüfuzlu mühacir nəşrlərinə qoşulur.

Yuli Ayxenvald Berlində tramvay qəzasında həyatını itirir.

Ailəsi Lev Ayxenvald (1873–1954) — qardaşı, psixiatr, məhkəmə-psixiatrik ekspertizası və psixiatrik qayğının təşkili barədə əsərlərin müəllifi. Aleksandr Ayxenvald (1904–1941) — oğlu, iqtisadçı və Buxarin məktəbinin üzvü. Boris Ayxenvald (1902-1938) — oğlu, tərcüməçi və filosof. Tatyana Ayxenvald (1900-1963) — qızı, tanınmış riyaziyyat müəllimi. Yuri Ayxenvald (1928–1993) — nəvəsi, şair, yazıçı və müxalif. Aleksandra Ayxenvald (1957) — nəticəsi, dilçi. Nataliya Şvedova (1916–2010) — doğma qızı, leksikoqraf və rus dilinin sintaksisi üzrə mütəxəssis. Kitabları 250px|thumb|right|Ayxenvaldın "Rusiya yazıçılarının silueti" kitabının 1923-cü il nəşri Özünün ən məşhur kitabı olan "Rusiya yazıçılarının silueti" (1909) kitabında Ayxenvald görkəmli rus müəlliflərinin və onların əsərlərinin bir sıra yaddaqalan impressionistik eskizlərini təqdim edir. İvan Turgenevin ikinci dərəcəli yazıçı olması ilə bağlı fikirləri mühafizəkar ədəbi mühitin etirazlarına səbəb olmuşdu.

Sitatları "Ədəbi hərəkat deyə bir şey yoxdur, yalnız yazıçılar vardır. Cəmiyyət yoxdur, yalnız insanlar vardır."

İstinadlar

Xarici keçidlər Русское зарубежье (Золотая книга эмиграции) Первая треть XX века. Энциклопедический биографический словарь. М., 1997. 748 с. at apologetika.com Русский биографический словарь at www.rulex.ru Онлайн-энциклопедия Кругосвет at www.krugosvet.ru Биографический указатель at www.hrono.ru

Kateqoriya:Ukrayna yəhudiləri Kateqoriya:Rusiya ədəbi tənqidçiləri Kateqoriya:Yəhudi yazıçılar Kateqoriya:Ukrayna ədəbi tənqidçiləri