Ermənistan Milli Təhlükəsizlik Xidməti (Azərbaycan mətbuatında MTX; , Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu.

Tarixi Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nin tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır.

Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.

İstinadlar

Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Ermənistanın xüsusi xidmət orqanları Kateqoriya:1992-ci ildə yaradılmış dövlət orqanları