Əhməd Cəmil küçəsi, 27 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi.
Memarlıq xüsusiyyətləri
İki mərtəbəli tikilinin birinci mərtəbəsinin qalın divarları yarımdairəvi tağ şəklində mərtəbələr arası tavan örtüyünə keçir. Dar pəncərə kənarları, divar qalınlığında yerləşdirilmiş və zirzəmiyə aparan daxili pilləkən sərt təəssürat yaradır.
İkinci mərtəbənin atmosferi isə tamamilə fərqlidir. Burada çoxlu təmiz havanın olduğu açıq veranda və üzüm tənəklərinin yaşıl yarpaqları canlılıq görüntüsü formalaşdırır.
Xeyli qabağa çıxan incə oymalı taxta karnizləri zərif işləməli kapitelə malik taxta sütunlar saxlayırlar. Konstruktiv baxımdan əsaslandırılmış taxta detallar yalnız bu tikilidə deyil, Gəncənin digər mülki memarlıq nümunələrində də xarakterik xüsusiyyət rolunu oynayır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri