300px|thumb|right|Rus ordusu Mukdendə 500px|thumb|right|Mukden (indiki Şenyan). Tərəflərin vəziyyəti 1904-cü il sentyabrın ortalarında, Rusiya imperiyasının Mançur ordusu hücuma keçməzdən əvvəl.Rus-yapon müharibəsiРусско-японская война 1904–1905 гг. Т. IV. Шахэ-Сандепу. Приложение. / Работа Военно-исторической комиссии по описанию русско-японской войны. — СПб.: Тип. Н. В. Гаевского, 1910. — Карта №.2–3.
Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi.
Döyüşdən əvvəlki vəziyyət Mukden döyüşündən əvvəl Port Arturun təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi.
Rusiya qüvvələri Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı. Qərbdən Mukden Kaulbarsın (100 min nəfərlik) 2-ci Mancur ordusu tərəfindən müdafiə olunurdu. Şərqdən — Lineviçin 1-ci Mancur Ordusu dayanmışdı (107 min nəfər). Onların arasında Bilderlinqin 3-cü Mancur Ordusunun (68 min nəfər) mövqeləri var idi. 16-cı Ordu Korpusu və 6-cı Sibir Korpusunun 72-ci diviziyası (ümumilikdə 45000 nəfər, 144 artilleriya qurğusu) Baş Komandanın ehtiyatında qaldı. Hər üç Mancur ordusunun yerləşmə mövqeyinin dərinliyi 20 – 25 km idi. Cəbhənin uzadılması ilə general Kuropatkin düşmənin əhatəli hərəkətlərinin qarşısını almağa ümid edirdi.
Yapon qüvvələri Yapon qüvvələri 270 min canlı heyət, 1062 artilleriya qurğusu və 200 pulemyot təşkil edirdi. Ümumi komandanlığı marşal Oyama həyata keçirirdi. Yaponiya ordusu da üç hissəyə və beş orduya bölünmüşdü. Rus generalı Kaulbarsın qərb cəbhəsinə qarşı general Okanın 2-ci ordusu və general Noqinin 3-cü ordusu (100 min nəfər və 468 top) dururdu. Şərqdə general Lineviçə qarşı — Kurokinin 1-ci ordusu və Kavamuranın 5-ci ordusu (90 min nəfər və 254 top) dayanırdı. Mərkəzdə Nozunun 4-cü ordusu (50 min kişi və 170 top) dururdu. Marşal Oyamanın ehtiyatında 3-cü diviziya və üç ehtiyat briqadası (cəmi 48 topla 30 min canlı qüvvə) qalırdı.
Tərəflərin niyyəti Hər iki tərəf 1905-ci ilin fevralında hücuma keçməyə hazırlaşırdılar. Rus komandanlığının planına görə düşmənin sol cinahına həlledici zərbə vurulmalı idi. Yanvar ayında olduğu kimi, planda yenidən 2-ci Ordunun qüvvələri tərəfindən cəbhədə Sandep tərəfindən hücum təşkil edilməli idi. Digər orduların rolu isə "nümayiş" səviyyəsinə endirilirdi. Hücumun başlanğıcı fevralın 12-nə (25) təyin edilmişdi. Yapon komandanlığı rus qoşunlarının hər iki cinahını tutmağı və bütün qüvvələri onların sağ cinahlarına qarşı cəmləşdirməyi planlaşdırırdı. Sedan yaxınlığında Moltkenin zəfərinin şəxsi şahidi olan marşal Oyama düşməni mühasirəyə almağa hazırlaşırdı. Rus ordularının uzanan cəbhəsi Oyama və qərargah rəisi general-leytenant Kodamanın 5-ci ordunu irəli aparmaqla rusların Fuşin istiqamətində Kuropatkinin bütün ehtiyatlarını buraya cəlb etmək üçün sol cinahını mühasirəyə almaq mümkünlüyü fikrinə səbəb oldu. Bu da öz növbəsində əlavə qüvvələr gətirmədən rusların sağ cinahına zərbəni asanlaşdırdı. Plan rabitə xəttlərini kəsmək üçün 3-cü ordunun rusların 2-ci Mancur ordusunun ətrafından keçməsini nəzərdə tuturdu. Sonradan isə Oyama və Kodama rusların arxasında Noqinin 3-cü ordusu ilə Kavamuranın 5-ci ordusunun birləşməsini planlaşdırmışdı.
Döyüş meydanı dəmir yolu xətti ilə iki hissəyə bölünmüşdü: qərb — düzən və şərq — dağlıq. Dəmir yolunun qərbində düzən yerdə yolun zolağı boyu ərazidə xırda çəpərlərlə əhatələnmiş kiçik Çin kəndləri yerləşirdi. Şərqə, bir sıra silsilələrlə kəsişən ərazidə yollar yararsız halda idi. 1904-cü ilin may ayından etibarən Kuropatkinin göstərişi ilə Mukdenə qədər bütün istiqamətləri əhatə edəcək istehkamlar tikilməyə başlandı. Buna görə də Mukden əməliyyatının əvvəlində burada dörd möhkəmlənmiş istehkam var idi: Şahey, Mukden, Telinsk və Kaulitun. Cəbhənin ön hissəsindəki kəndlər müdafiə vəziyyətinə gətirilmişdi, istehkamlar, fortlar, səngərlər və artilleriya batareyaları üçün mövqelər tikilmişdi. Bütün döyüş səngərləri tikanlı məftillər, canavar çuxurları, maneələrlə əhatə olunmuş və minalanmışdı.
Tərəflərin qüvvələri 300px|thumb|left|Yapon qoşunlarına qarşı döyüşən rus ordusu. 1905-ci il fevralın əvvəlində rus ordularının tərkibi və gücü. Ordu (qərbdən şərqə doğru)Korpus və bölmələrVahiddə sayıCəmi döyüş heyətiBatalyonlarEskadronlarSəhra silahlarıPulemyotlarMühəndis batalyonlarıSüngülərŞaşkalarToplar II Mancur ordusu süvari generalı baron A. V. Kulbas Atıcı (N. B. Kutneviç), 8-ci ordu korpusu (S. N. Mılov), 10-cu ordu korpusu (K. V, Çerpiçskiy), 1-ci Sibir ordu korpusu (A. A. Qernqross) Bölmələr: Lyaoxeyskiy (V. A. Kosoqovskiy), Süvari (P. K. Rennenkampf, sonradan Qrekov) 120 79 439 24 4 81 799 7 890 439 III Mancur ordusu süvari generalı baron A. A. Bilderlinq 5-ci Sibir ordu korpusu (L. M. Dembovskiy), 17-ci ordu korpusu (A. N. Selivanov), 6-cı Sibir ordu korpusu (L. N. Sobolev) 72 19 266 10 3 56 773 2 768 266 Mancur ordusu infanteriya generalı N. P. Lineviç 1-ci ordu korpusu (F. E. Meyendorf), 4-cü Sibir ordu korpusu (N. P. Zarubayev), 2-ci Sibir ordu korpusu(M. İ. Zasuliç), 3-cü Sibir ordu korpusu (N. İ. İvanov) Bölmələr: Çinxeçen (K. M. Alekseyev, sonradan P. K. Rennenkampf, polkovnik A. S. Madritov) 133,5 49 370 22 3,75 98 946 5 364 3703 orduda 11 korpus və 4 bölmə 325,5 147 1 075 56 10,75 237 518 16 022 1 075 səhra, 178 mühasirə və atıcı, 78 tavan Baş komandanın ehtiyatı 11-ci ordu korpusu (D. A. Topornin) və 78-ci piyada diviziyası 52 3,25 144 - 1 39 148 360 144Ümumi 12 korpus və 4 bölüm 377,5 150,25 1219 56 11,75 276 666 16 382 1 219 səhra, 178 mühasirə və atıcı, 78 tavan
Döyüşün əvvəlində Yapon ordularının tərkibi və gücü: Ordu (qərbdən şərqə doğru)Diviziya и süvari briqadalarıVahiddə sayıCəmi döyüş heyətiBatalyonlarEskadronlarSəhra silahlarıPulemyotlarMühəndis batalyonlarıSüngülərŞaşkalarToplar III general Marasuke Noqi 1-ci (İdciya), 7-ci (Oseko), 9-cu (Oşima 2-ci), 2 süvari briqada (Tamura) 42 21 270 4 42 000 2 500 270 II general Yasukata Oku 8-ci (Tateymi), 5-ci (Kikoşi), 4-я (Teykamota), 1-ci süvari briqada (Yüsifuru Akiyama) 54 21 132 3 54 000 2 500 132 IV general Mitiçura Nodzu 6-cı (Okubu), 10-cu (Ando) 54 7 204 2 54 000 800 204 və 170 mühasirə I general Tamemoto Kuroki 2-ci (Ninşima), Qvardiya (Asada), 12-я (Nue) 54 9 160 4 54 000 1 000 160 V general Kavamura 11-ci (Sambeşixa), 1-ci ehtiyat diviziya (Sakaya) 29 5 84 2 29 000 600 84Baş komandanın ehtiyatı3-cü (Oşima 1-ci), 3 ehtiyat briqada 30 3 42 2 30 000 400 425 ordu 13 səhra diviziyası və 6 ehtiyat briqadası (?) 263 66 892 200-ə yaxın 17 263 000 7 800 892 və 170 mühasirə
Cədvəllərdəki məlumatlar Sıtinin Hərbi Ensiklopediyasından götürülmüşdür.
Döyüş Döyüşə yaponlar başladı. Fevralın 19-da Kavamuranın komandanı olduğu ordu rusların şərq cinahına hücum etdilər. İlk zərbəni general Alekseyevin Çinxeçen dəstəsinin avanqardı aldı, lakin hücumlara tab gətirə bilməyərək əvvəlcə Dalin aşırımına (Tayçıxenin yuxarı hissəsində), sonra isə Tyupintaya geri çəkilməyə məcbur oldu. Şərq cinahını gücləndirmək üçün general Kuropatkin general Danilovun 6-cı Şərqi Sibir atıcı diviziyasından ibarət ehtiyat briqadasını oraya göndərdi. Bu diviziya martın 2-ə qədər Kavamuranın irəliləməsini dayandırmağı bacardı. Rusların Kavamuranın hücumuna başları qarışdığından faydalanaraq yaponlar fevralın 24-də Kuroki ordusunun qüvvələri ilə şərq cinahına yeni bir həmlə təşkil etdilər. Bir neçə rus istehkamını ələ keçirdikdən sonra Kuroki ordusu martın 3-də Qaotulinski keçidində (Şenyanın şərqində Tayçıxe və Xunxe çaylarının arasında) dayandırıldı. İlk hücumda olduğu kimi ruslar bu dəfə də qərb cinahını (1-ci Sibir Korpusunun çıxarıldığı yer) zəiflətmək hesabına qüvvələrini şərq cinahlarına cəmləşdirməyə başladılar. 250px|thumb|right|Mukden döyüşü əsnasında öz mövqeyində olan rus batareyası. Fevralın 27-də yaponlar Oka, Nozu və Noqi ordulardan ibarət əsas qüvvələrini hərəkətə gətirərək rusların zəiflədilmiş qərb cinahına və mərkəzinə zərbələr endirdilər. Rusların güclü şərq cinahı isə bu proseslər zamanı heç bir aktiv reaksiya göstərmədi. Bu arada, rusların qərb cəbhəsi yaponların təzyiqinə dözməyərək geri çəkilməyə başladı. Martın 3-də Salinpu kəndi yaxınlığında (Mukdendən 10 km qərbdə) Noqi ordusunun irəliləməsi dayandırıldı. Ancaq yapon generalı riskli bir manevr edərək, qərbdən rus qoşunlarının ətrafına dolanaraq onların arxasına geçməyə cəhd etdi. Bunda əsas məqsəd metropoliya ilə rus ordusu arasında dəmiryolu əlaqəsini kəsmək idi. Diqqəti bu manevrdən yayındırmaq üçün yapon generalı Oku martın 5-də rusların qərb cinahına hücum etdi.
Martın 7-də Mukdendən 6 km qərbdəki Yuxuantun uğrunda qərb cinahda döyüş baş verdi. Yaponların Nambu dəstəsi (5 min nəfər) bu yaşayış məntəqəsini sürətlə ələ keçirərək rusların qüvvələrini öz üzərinə cəlb etdilər. Yuxuantunu müdafiə edən bütün yapon hərbi dəstəsi demək olar ki, bütün tərkibdə həlak oldu (təxminən 4000 nəfər).
Martın 8-də rus qoşunları qüvvələrini yenidən toparlamaq üçün qismən geri çəkilməyə başladılar. Ancaq martın 9-da yaponların Kuroki ordusu rusların şərq cəbhəsinə hücum etdi və Mukdennin şərqində Xunxe çayı üzərində, Kiyuzan kəndi yaxınlığında rus cəbhəsini yardı. Bu isə öz növbəsində rus qoşunlarının arxasındakı Mandarin yolunun kəsilməsi təhlükəsini yaratdı. Eyni vaxtda heç kim tərəfindən narahat edilməyən Lineviçin ordusunun hissələri artıq Fuşandan Telinə tərəf hərəkət edərkən, digər iki rus ordusu Mukden bölgəsində mühasirədə idi. Martın 10-na keçən gecə onların şimala çəkilməsi çətin şərtlər altında baş verdi. Belə ki, rus ordusu dar bir dəhliz boyu və düşmən tərəfindən güclü artilleriya atəşi şəraitində geri çəkilmək məburiyyətində qaldı. Martın 10-da yaponlar Mukdeni işğal etdilər. 250px|thumb|right|Mukden döyüşündən sonra geri çəkilən rus ordusu
İtkilər 250px|thumb|right|Mukden döyüşündən sonra 1-ci Yapon Ordusunun bölmələrinin sıra düzülüşü. Döyüş hissələrinin düzülüşündən onların tam komplektləşmədiyi yaxşı görünür. Mukden döyüşündə itkilər: ruslardan 8.705 nəfər öldürülmüş, 51 388 yaralanmış, 28 209 nəfər isə itkin və əsir düşmüşdü. Sonunculardan 21100 nəfər əsir düşmüş, o cümlədən 2537 nəfər yaralı halda. Döyüş meydanında 58 top və 4 pulemyot qalmışdı. Yaponlar isə döyüşdə 15,892 nəfər ölü, 59,612 nəfər yaralı, 2 min əsir vermiş 2 top və 10 pulemyot itirmişdilər. Ancaq rus ordusunun itkiləri cəmi bir ay içində yenidən dolduruldu və tədricən onların sayı artırıldı. Yaponların isə öz qoşunlarının sıralarındakı boşluqları bağlayacaq ehtiyat qüvvəsi yox idi.
Əhəmiyyəti 250px|thumb|right|II Nikolayı karikaturası olan Yapon təbliğat plakatı. Rus ordusu Telinə çıxdı və sonra daha da içərilərə şimala tərəf yaxşı möhkəmləndirilmiş sıpinqay istehkamlarına doğru (Mukden 175 km) geri çəkildi. Orada müharibənin sonuna qədər qaldı. Öz qüvvələrini yeniləyərək doldurdu və yeni hücuma hazırlaşmağa başladı, lakin sülhün bağlanması ilə əlaqədar hücum baş tutmadı. Mukden əməliyyatında böyük itkilərdən təsirlənən yaponlar bütün aktiv fəaliyyətlərini dayandırdılar. Verilmiş itkiləri doldurmaq mümkün deyildi. Yaponiyanın məhdud sayda olan insan və maddi imkanları bitmişdi. Cəbhə sabitləşdi və 200 km-ə uzandı.