() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır.

Yayılması Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Türkiyə florası Kateqoriya:Kanar adaları florası