Qafar Rağib () — Azərbaycanlı şair.

Həyatı Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur.F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.

Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid",F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99. Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir.Mir Möhsün Nəvvab, "Təzkireyi-Nəvvab", (nəşrə haz. Ə. Bağırov), Azərnəşr, Bakı, 1995, səh. 548Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119.

Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur.Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119–121. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir.F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.

Əsərləri Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir.F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119–121.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Türk şairlər