thumb|Kanadada istehsal olunan sirop thumb|Siropun yayılmış yığılma üsulu Ağcaqayın siropu (; ) — ağcaqayından əldə edilən şirin sirop. Amerika Birləşmiş Ştatları və Kanadada vafli və pankeyk ilə birlikdə çox istifadə olunur. Siropda çoxlu miqdarda saxaroza cəmlənir.

Sirop haqqında Avropalılar Amerikaya ayaq basmazdan əvvəl, Alqonkin xalqının sinzibuckwud (Azərbaycan dilində ağacdan çəkilmiş) adı ilə istehsal etdiyi sirop, ağacın gövdəsinə bir kəsiyin atılması və ya kran bağlanaraq öz suyunun yığılması ilə əldə edilirdi. Sonra isə qaynadılaraq konsistensiyaya (tutarlılığa) gətirilir və hazırlanır.

Dünyada ən çox Kanadada istehsal olunur. ABŞ-də isə Vermont ən çox istehsal edən regiondur. Bu regionda ildə 1700 m³ şərbət istehsal olunur. Bunun ardınca Men və Nyu-York ştatları gəlir.

Kateqoriya:Siroplar Kateqoriya:Qida məhsulları Kateqoriya:Dəniz mədəniyyəti Kateqoriya:Konfetlər Kateqoriya:ABŞ mətbəxi Kateqoriya:Vegetarian mətbəxi Kateqoriya:Kanada mətbəxi Kateqoriya:Dadlıqlar Kateqoriya:Meşənin qeyri-oduncaq məhsulları