Solario, Andrea (, 1460, Milan – 1524, Milan) – Lombardiya rəssamlıq məktəbini təmsil edən italiyalı rəssam
Bioqrafiya və yaradıclıq Heykəltəraşın oğlu olub. İlk incəsənət dərslərini heykəltaraş və memar olan qardaşı Xristoforo Solariodan alıb. Ciovanni Bellini və Leonardo da Vinçidən də dərs alıb. Venesiya, Milan, Normandiya (1507–1509), Paviya və Romada çalışıb. 1507-ci ildən başlayaraq iki il ərzindən XII Lüdovikin sarayında çalışıb. Andrea Solario bir sıra portretin ("Qərənfilli kişi", "Şarl d’Ambuaz" və s.) müəllifidir. Portret yaratdıqda Solario müəyyən kanona arxalanır: qurşağa və ya sinəyədək təsvir, baş 4/3 həcmindədir, baxış tamaşaçıya istiqamətlənib. Adətən model mənzərə fonunda təsvir edilir, bəzən isə mənzərənin fraqmenti pəncərənin alaqapılı ambrazurunda görsənir. Solario ifadəli, dərin obrazlar yaradır.
Andrea Solario dini mövzu ilə bağlı əsərlər də yaradıb ("Çarmıxlama", "Körpəli Madonna"). Rəssamın ən məşhur əsəri "Yaşıl döşəkli Madonna"-dır. Rəssamın əsəri xəttlərin aydınlığı və rənglərin müvazinəti ilə seçilir.
Əsərlər qalereyası
Qeydlər Badt K. Andrea Solario, sein Leben und seine Werke; ein Beitrag zur Kunstgeschichte der Lombardei. Leipzig: Klinkhardt & Biermann, 1914 Cogliati Arano L. Andrea Solario e Jean Clouet. Milano, La Rete, 1963 Béguin S. Andrea Solario en France. Paris: Ministère de la culture, 1985 Brown D.A. Andrea Solario. Milano: Electa, 1987.
Ədəbiyyat Kateqoriya:İtalyan intibah rəssamları