Xanyeri (əvvəlki adı: Sarıkeşiş, sovet dövründə Xantsk) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xantsk kəndi Xanyeri kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyeri kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Tarixi XIX əsrdə gəlmə ermənilərin məskunlaşması nəticəsində kəndin adı Xantsk olmuşdu. 1992-ci ildə yaşayış məntəqəsinə Xanyeri adı verildi. Oykonim "xana məxsus yer" mənasındadır.
Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanyeri kəndinin əhalisinin sayı 231 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 2.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocalı rayonunun kəndləri