Bəhram İdris oğlu Məmmədli () — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.
Həyatı Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.
Təhsili və karyerası 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961–1965-ci illərdə Ü. Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda "Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994–2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-cü ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Əsərləri Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə; Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə; XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə; Azərbaycandan bəhs edən orta əsr tarixçiləri, Bakı, Zərdabi LTD, 2019,Ənvər Çingizoğlu ilə birlikdə;
Müəllifi olduğu dərsliklər, vəsaitlər, proqramlar Xanlıqlar, sultanlıqlar və Rusiyanın müstəmləkiçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2006, (Magistr hazırlığı üçün proqram) "Kitabi Dədə Qorqud" və tarix, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Magistr hazırlığı üçün proqram) Muzey işinin əsasları, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Bakalavr pilləsi üçün proqram) Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, (metodik vəsait),Ənvər Çingizoğlu ilə birlikdə;
Tərtib etdiyi kitablar Qarabağ 1918–1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), Ənvər Çingizoğlu ilə birlikdə;
Məqalələri, tezisləri Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933–1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, № 2, s. 22–31; Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933–1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, № 4, s. 3–12; Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933–1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, № 4, s. 71–77; "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78–80; Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, № 1, s.417–419; "Azərbaycan Evliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, № 1, s.414–415; Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsərində XIX əsr tarixinin bəzi məsələləri, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, № 4, s.475–477; Rusiyanın müstəmləkəçilik siyasətində erməni amili (XVIII–XIX əsrlər), Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, № 4, s.477–479; Şəmkir şəhərinin tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2006, № 1, s.297–300; Şəmkir tarixinin səhifələri, SDU-nun elmi xəbərləri, Humanitar elmlər seriyası, SDU-nun nəşriyyatı, 2005, № 1, s.35–37, Məşrutə hərəkatı İran tarixşünaslığında, Pedoqoji Universitet Xəbərləri, Bakı, 2014,№ 1, səh.169–174. Ənvər Çingizoğlu ilə birlikdə; Azərbaycan Demokratik Respublikası dövründə ermənilərin təcavüzkarlııq siyasəti, Respublika elmi Konfransının materialları. Sumqayıt 2007; V. Veliçkonun Qafqaz əsəri, Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, ADU-nin nəşriyyatı, Bakı 2008,№ 6 səh 323–326. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı hərbi-siyasi fitnəkarlığı, Pedaqoji Universitet xəbərləri, ADPU-nin nəşriyyatı, Bakı 2008 № 3 s126–131 Magistr Dissertasiyalarına verilən tələblər, Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, ADU-nin nəşriyyatı, Bakı 2008 № 7, səh 272–276 Ümummilli Lider Heydər Əliyevin Şah əsəri: Əsrin müqaviləsi , Respublika Elmi Konfransının materialları, Sumqayıt 2009, səh 50–52
İstinadlar
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Füzuli rayonunda doğulanlar