Bəşəriyyətin Yaddaşı () – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
İstinadlar
Xarici keçidlər
Human Document Project (Oxşar layihə)
Kateqoriya:Zaman kapsulları