Rəqəmsal jurnalistika və ya internet-jurnalistika — XX əsrin sonlarında İnternetin inkişafı və yayılması ilə ortaya çıxan yeni bir jurnalistika növü.

Yeni media "Yeni media" dedikdə ilk ağıla gələn bu kommunikasiya sistemnin məhz İnternet üzərində var olmasıdır. Halbuki yeni media daha geniş anlayışdır və internet məkanı xaricində də, offlayn həyata keçə bilir. Çox vaxt yeni medianı sosial media ilə qarışıq salırlar və bu iki anlayışı birləşdirirlər. Əslində, bilmək lazımdır ki, yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur. Sosial medianın da içərisində daha çox sosial şəbəkələr müzakirə olunur ki, ağıla ilk gələn Facebook şəbəkəsidir. Bundan başqa, yüzlərlə sosial şəbəkə platformaları var ki, jurnalistlər öz işlərində bunlardan yararlana bilər.

Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Etik öhdəliklərlə yanaşı, dəyişməz öhdəliklər də var olmaqdadır. Bunlar juralistikanın təməl prinspləridir: xəbərin doğruluğu, dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı, etibarlılığı və s. Yeni medianın açdığı fürsətdən yararlanaraq, təşəbbüs irəli sürərək sosiallaşmaq olar.

Tarixi "Teletext" adlanan ilk rəqəmsal jurnalistika, İngiltərədə 1970-ci ildə icad edilmişdir. Teletext izləyicilərə hansı hekayələri oxumağı və dərhal görmək istədiklərini seçməyə imkan verən bir sistemdir. "Teletekst" vasitəsilə verilən məlumatlar bu gün rəqəmsal jurnalistikada görünən məlumatlara bənzər qısa və anlıqdır. Amerikalı jurnalist, Hanter S. Tomson, 1971-ci ildə ABŞ prezident seçki kampaniyasının izini Kampaniya Cığırındakı qorxu və hörmətsizlik kitabında sənədləşdirmək üçün faks maşını istifadə edərək başlayan erkən rəqəmsal rabitə texnologiyasına etibar edir. "Teletekst" ixtirasından sonra Prestel, 1979-cu ildə İngiltərənin müxtəlif qəzetləri, məsələn "Financial Times" kimi qəzetləri internet vasitəsilə çatdırmaq üçün ticari olaraq işə başlayan "Videotex" ixtirası edir. Amma, "Videotex" 1986-cı ildə istifadəçi tələbini ödəmədiyi üçün bağlandı. Amerikan qəzet şirkətləri yeni texnologiyanın fərqinə vardılar və 1981-ci ildə başladılmış "Knight-Ridder"-ın xidmətlərindən ən böyük və ən iddialı "Viewtron" olan öz videotex sistemlərini yaratdılar. Lakin, onlar da 1986-cı ilə qədər bağlandı. Sonrakı kompüter "Bulletin Board Systems" oldu. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində bir neçə kiçik qəzet BBC proqram təminatı və telefon modemlərindən istifadə edərək onlayn xəbər xidmətlərinə başladı. Bunlardan birincisi 1989-cu ildə "Albuquerque Tribune" oldu. 1992-ci ilin Sentyabrında "Computer Gaming World", Elektron Nümayəndələrin növbəti sayı mətbuata çıxmazdan əvvəl "Prodigy"-də Mənşə Sistemləri əldə etməsi xəbərini çıxardı.

Onlayn xəbər saytları 1990-cı illərdə yayılmağa başladı. 2008-ci ildə ilk dəfə amerikalıların əksəriyyəti milli və beynəlxalq xəbərlərini qəzetlərdən daha çox internetdən əldə etdiklərini bildirdi. "Pew" Araşdırma Mərkəzinin hesabatına görə 18–29 yaşlı gənclər indi ilk növbədə xəbərlərini İnternet vasitəsilə öyrənir. Yeni xəbər saytlarının istifadəyə verilməsi, ənənəvi xəbər agentlikləri tərəfindən onlayn xəbərlərə investisiya qoyuluşu və ümumilikdə internet auditoriyalarının artması səbəbindən xəbər saytlarının auditoriyası artmağa davam edir. Gənclərin əksəriyyəti indi ilk növbədə xəbərləri onlayn əldə edir. Xəbər saytları, onlayn xəbər mediasının istehsalının ən geniş yayılmış formasıdır.

2000-ci ildən etibarən Qərb dünyasında jurnalistlərin böyük əksəriyyəti gündəlik işlərində internetdən müntəzəm istifadə edirlər. Əsas xəbər saytlarına əlavə olaraq, rəqəmsal jurnalistika indeks və kateqoriya, meta, şərh saytları, eləcə də, palaşma və müzakirə saytları mövcuddur. Bloqlar ayrıca, şəxsi saytlardan tutmuş yüz minlərlə insanın auditoriyasına qədər yeni məlumatlar əldə edə bilən başqa bir rəqəmsal jurnalistika hadisəsidir. Rəqəmsal jurnalistika buludlu jurnalistika fenomeni, genişzolaqlı Cəmiyyətdə davamlı məzmun axını ilə məşğuldur. 1999-cu ildə qurulan Onlayn Xəbərlər Birliyi, onlayn jurnalistləri təmsil edən ən böyük bir təşkilatdır, əsas funsiyası rəqəmsal təqdimat üçün xəbər toplamaq və ya istehsal etməkdən ibarətdi. Onlayn jurnalistika çox kiçik bir cəmiyyət içərisində jurnalistikadır. Jurnalistikanın digər növləri kimi onlayn jurnalistika da oxucu üçün çox əlverişlidir və keçmiş jurnalistikanın növlərindən daha çox məlumat təqdim edir. Pulsuz və ucuzdur.

Rəqəmsal jurnalistika, əlaqə və müzakirə aparmağa imkan verir. İnternetdən əvvəl heç görüşməmiş oxucular arasında kortəbii müzakirə etmək mümkün deyildi. Bir xəbərin müzakirəsi prosesi rəqəmsal jurnalistika üçün çox şey təşkil edir. Oxucların verilmiş məlumatı müzakirə etmək istəyən digər şəxslərlə əlaqə qururlar. Rəqəmsal jurnalistika xəbərlərin cəmiyyət tərəfindən necə istifadə olunduğunu göstərir. Onlayn mənbələr tez bir zamanda qısa müddət ərzində fasiləsiz xəbərlər verə, cəmiyyətə baş verən hadisələrin tezisini təmin edə bilər. Hadisəin inkişafı boyunca jurnalistlər bir neçə saniyə ərzində oxucuları aktuallaşdıran məlumatları onlayn mənbələr ilə təmin edə bilirlər. Bir xəbərin yerləşdiriləcəyi sürət, ümumiyyətlə çap jurnalistikasında baş verməyən bir şəkildə hesabatın düzgünlüyünə təsir göstərə bilər.

Vebsaytlar Vebsaytarı domeyn altında səhifələr yığını adlandıra bilərik. Veb sayt, veb sayt və ya sadəcə sayt formasında yazılır. Veb serverdə məlumatlar anbarında yerləşən, İnternet və ya məhəlli ərazi şəbəkəsində Uniform Resource Locator (URL) vasitəsilə çatımlı olan saytlar hamısı birlikdə World Wide Web-i (WWW) — İnterneti meydana gətirir. Hər bir saytın ana səhifəsi, məlumat və əlaqə irəliləmiş məzmunla baş-başa qaldı. İlk olaraq, yazmaq qabiliyyəti olanlar, xüsusilə də jurnalistlər məzmun yaratmağa başladı. Həmçinin Web 2.0 alətlərinin texniki cəhətdən interaktivliyə imkan verməsi auditoriyanın özünü də oxuduqlarına və gördüklərinə tez reaksiya verməyə və ya paylaşmağa sövq etdi. Beləliklə, əvvəlki dövrdə vebsaytlarda mövcud yalnız təklif edilən passiv məzmun interaktiv, tələb edilən formaya çevrildi. Nəticədə saytlar, bloqlar, sosial media şəbəkələri, kollektiv informasiya mənbələri, multimedia yayım portalları, mobil məzmun ehtiva edən tətbiqlər kimi formatlar meydana gəldi.

Tarixi İlk onlayn jurnalistika saytı 90-cı illərdə təqdim edilib. O, ABŞ-da, Şimali Karolina ştatında "The News & Observer" qəzetinin bazasında Nando saytı işə başlayıb. 1995-ci ildə isə Salon.com və Slate.com adlı yalnız onlayn xəbərləmə edən sayt istifadəyə verildi. 2008-ci ilə qədər belə bir inam var idi ki, onlayn jurnalistika hər zaman ənənəvi KİV-in əlavəsi ola bilər. Yəni sayta sahib olmaq bir üstünlük idi. Lakin 2008-ci ildən sonra onlayn reklamın inkişafı yeni biznes modellərinin yaranmasına səbəb oldu. Xəbərləmə konvergensiya edilərkən həm də media qurumları internetin, xüsusilə sürətli İnternetin mövcudluğundan bəri ağlımıza gələn hər şey barədə saytlar yaradılıb, amma yenə də, İnternet yaradıcı ideyalara açıqdır. Hər gün biznes-korporativ və onlayn dükan, hökumət və qeyri-hökumət qurumları, akademik öyrədici, əyləncə-oyun, musiqi, mesajlaşma, email, sosial şəbəkələr, məlumat yayan və saxlayan, xəbər paylaşan saytlardan istifadə edirik. Saytlarin iki növü var: Statik sayt Dinamik sayt Statik saytlar yalnız informasiya xarakterlidir, əsasən, həyatdan köçmüş yazıçı, şair və ya dahi şəxsiyyətlərin həyatı barədə və ya çox gec-gec yenilənməyə ehtiyacı olan məlumatlarla zəngin veb saytdır. Belə saytlar auditoriya ilə birbaşa əlaqə qurmağı çox da önəm vermir, pul qazanmağa yönəlik olmur, informativdir. Dinamik sayt rəhbərlər və istifadəçilər arasında əlaqə yaratmağa imkan verən Web 2.0-nin ən geniş yayılmış növüdür. Belə saytda ziyarətçi sayı böyük rol oynayır, çünki bunun əsasında maliyyə əldə etmək dayanır. Daha çox trafik daha çox maliyyə prinsipi ilə işləyən bu saytlarda bəzən çoxluğun marağına səbəb olacaq gizli reklam yazıları çap edilir. Lakin dinamik saytlarda pul qazanmağın başqa yolları da mövcuddur.

Bunlar birbaşa reklam, ayrıca onlayn alış-veriş səhifəsi və ya yarı-pullu "Freemium" xidmətlərdir. Yeri gəlmişkən qeyd edək ki, qəzetlərdə və digər KİVdə əsas götürülən etik qaydalar burada da keçərlidir. Saytların jurnalistikada tətbiqinə gəldikdə isə bu yeni növ jurnalistikanın, terminlə desək, "Onlayn jurnalistika"nın yaranmasına səbəb oldu.

İlk olaraq, yazmaq qabiliyyəti olanlar, xüsusilə də jurnalistlər məzmun yaratmağa başladı. Həmçinin Web 2.0 alətlərinin texniki cəhətdən interaktivliyə imkan verməsi auditoriyanın özünü də oxuduqlarına və gördüklərinə tez reaksiya verməyə və ya paylaşmağa sövq etdi. Beləliklə, əvvəlki dövrdə vebsaytlarda mövcud yalnız təklif edilən passiv məzmun interaktiv, tələb edilən formaya çevrildi. Nəticədə saytlar, bloqlar, sosial media şəbəkələri, kollektiv informasiya mənbələri, multimedia yayım portalları, mobil məzmun ehtiva edən tətbiqlər kimi formatlar meydana gəldi. səhifəsi olmalıdır. Amma bütün hallarda hər bir saytın məzmununun varlığı ona həyat verir. Adətən bütün saytlar ierarxiya sistemi ilə qurulur, yəni böyükdən kiçiyə doğru.

Saytların təməl prinsipləri İstənilən saytı nəzərdən keçirsək, onları birləşdirən ümumi cəhətləri görə bilərik: Multimedia İnteraktivlik Limitsiz yazı

Multimedia Jurnalistikada multimedia hər hansı mövzunu işıqlandırmaq üçün bir vasitədir. Yazı, canlı audio və video, öncədən hazırlanmış audio və video, podkast və vodkast, foto qalereya, audioslaydlar, animasiyalar, infoqrafiklər, xəritələr və digər hamısı multimediadır. Multimedia jurnalistlərə eyni anda üç özəlliyə sahib olmağa imkan verir: qəzet yazısının detallı versiyası + radio və TV-dən götürülmüş təbii səs və danışıqlar + hərəkətliliyin emosional təsiri.

İnteraktivlik Yeni medianın özəklərindən biri kimi interaktivlik jurnalistikada xəbərin axınını qarşılıqlı məlumatlandırma prinsipinə çevirib. İnteraktivlik sayəsində xəbəri mühazirə yox, söhbət kimi almaq mümkündür. Şərhlər, bizimlə əlaqə, saytlar arasında linklərin keçidlərin verilməsi o deməkdir ki, daha xəbər və reportajlar təkcə jurnalist deyil, həm də auditoriya tərəfindən hazırlanır. Elmi ədəbiyyatda, interaktivliyin bir sıra formalarının adı çəkilir: məsləhətlər, şərhlər, istifadəçi əsaslı məzmun, canlı çat, forum və s.

Limitsiz yazı Məntiqlidir ki, saytın informasiya serveri nə qədər həcmlidirsə, o qədər də çox məlumat yerləşdirmək mümkündür. Bu o deməkdir ki, onlayn jurnalistikada qəzet, radio və TV jurnalistika kimi mövcud söz limiti yoxdur. Məsələn, uzun məhkəmə qərarları asanlıqla saytlarda çap edilə bilər. Lakin bunu məhkəmə xəbərləri yayan və ya Ədliyyə nazirliyinə aid saytlar yazsa, daha uğurlu olur. Çünki jurnalistikanın təməl prinsipləri — sadə və qısa yazmaq yeni mediada da gözlənilməlidir. Bunlar hər bir sayta xas olan cəhətlər olsa da, onları bir-birindən fərqləndirən nüanslar da mövcuddur. Çünki İnternetdə saysız-hesabsız saytlar içərisindən hansının güvənli informasiyaya sahib olub olmaması önəmlidir.

Saytların güvənli olub-olmamasını yoxlamaq üçün onlar bir neçə suala cavab verməlidirlər:

Sayt kimə məxsusdur və ya kimlər bu saytı idarə edir? Saytın məzmunu nə barədədir? İnformasiya dəqiqdirmi? Saytın yenilənməsi hansı aralıqda aparılır? Saytın dizaynı necədir? Saytın sahibləri. Belə məlumatlar adətən "Haqqında", "Haqqımızda", "Biz kimik" kimi adlanan bölümlərdə yer alır. Bu bölüm saytın hansısa dövlət qurumları, korporativ və ya jurnalist qruplarına, yaxud müstəqil olub-olmaması barədə məlumatları bildirir.