Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri.

Etimologiya Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.

Tarixçəsi Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri.

Bayatı-Şiraz muğam dəstgahı kimi Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.

Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.

Üzeyir Hacıbəyov Bayatı–Şiraz haqqında yazır: "Bədii – ruhi təsir cəhətdən... Bayatı – Şiraz dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində Bayatı – Şiraz dəstgahı 17 şöbə və guşədən ibarətdir:

“Bayatı-Şiraz” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), Arif Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır. Bu dəstgah əsasında yazılmış simfonik bəstələr:

Fikrət Əmirov - simfonik muğam "Gülüstan-Bayatı-Şiraz" Süleyman Ələsgərov - simfonik muğam "Bayatı–Şiraz" Nazim Əliverdibəyov - a kapella (müşayiətsiz) xor üçün "Bayatı–Şiraz" Polad Bülbüloğlu - “Bayatı-Şiraz” simfoniyası.

Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.

Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı - "Bayatı-İsfahan" rəngi

Bayatı-Şiraz musiqi məqamı (ladı) kimi Quruluşu: 1-1-1/2 ton formullu iki tetraxordun k.3 intervalı məsafəsində birləşməsindən ibarətdir; səssırası 9 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının II, IV, VI, VIII pillələri istinad-dayaq pilləsi kimi “Bayatı-Şiraz” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır.

Bayatı-Şiraz ladında bəstələr

Xalq mahnıları Küçələrə su səpmişəm Laçın Aşıq havaları Mansırı Bəstəkar mahnıları Tofiq Quliyev - "Bakı" mahnısı Rəşid Behbudovun ifasında Əfrasiyab Bədəlbəyli - "Qız qalası" baletindən Gülyanaq ilə Poladın adajiosu Rəqslər Nəlbəki

Qaynaqlar

Fimoqrafiya Gülüstan bayatı-şiraz (film, 1972) Muğam (film, 1995) Bayatı şiraz (film, 2002)

Xarici keçidlər "Ustad dərsi" verilişi - Bayatı Şiraz (Video) Muğam festivalı Bayatı Şiraz - Tacir Şahmalıoğlu (Uşaqlığı) (Bayati Siraz)

Həmçinin bax Azərbaycan musiqisi Bayatı–Türk Simfonik muğam

Kateqoriya:Muğamlar Kateqoriya:Məqam