Raffaello Covanyoli (; ) — italyan yazıçısı. Risorcimento hərəkatının iştirakçısı. Cüzeppe Qaribaldinin silahdaşı olmuşdur. Qədim Roma tarixindən bəhs edən "Playtilla" (1878), "Saturnino" (1879), "Messalina" (1885), "Publi Klodi" (1905) və s. tarixi romanlarında istibdada, dini irticaya qarşı kəskin etiraz ifadə olunur.
Məşhur "Spartak" (1874) romanında antik dövr inqilabçısının əzəmətli obrazını yaratmışdır. Əsər dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə (1928) tərcümə edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır.Azərbaycan Sovet Ensiklopediyası 10-cu cild 1987-ci il
İstinadlar
Kateqoriya:İtaliya siyasətçiləri Kateqoriya:Roma şəxsləri