Jak Brel () — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi.
Həyatı Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilərClayson p. 26.. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır.Clayson p. 29.Clayson p. 30. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı. 1947-ci ildə, Universitetin son ilində "Le Grand Feu" məktəb jurnalı üçün "Frédéric" başlıqlı kiçik hekayə yazdı.Clayson pp. 33–34. Mükəmməl yazı qabiliyyətinin olmasına baxmayaraq, Brel dərslərində yaxşı deyildi və bir neçə imtahandan kəsildi.
1948-ci ildə Belçika hava qüvvələri stansiyasında hərbi xidmət keçmişdir. 1952-ci ildə mahnılar yazmağa başladı və onları ailə yığıncaqlarında oxuyurdu.
İstinadlar
Kateqoriya:Belçika şairləri Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Din tənqidçiləri Kateqoriya:Belçika müğənniləri