Teberda () - Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. İnzibati baxımından Qaraçay şəhər dairəsinə daxildir.

Adı Şəhər yerləşdiyi vadinin adı ilə adlandırılmışdır. Coğrafiya Böyük Qafqazın şimal yamaclarında, Çerkesskdən 105 km cənubda, Hərbi-Suxumi yolu üzərində yerləşir.

Teberda çay vadisi orta və yüksək dağlıq bir ərazidə yerləşir. Teberdanın külək rejimi: fyonlar və dağ vadisi küləkləri dağlardan təmiz hava gətirməsi ilə səciyələnir. Teberda dərəsinin bağlılığı təkcə temperatura deyil, rütubəti də təsir göstərir.

İqliminə təsir göstərən amillər: dağlıq ərazi, aşağı atmosfer təzyiqi, intensiv günəş radiasiyası, az buludluluq. Nisbətən isti qışa və sərin keçən yaya sahibdir. Qışın ən soyuq ayı olan yanvardır. Yanvarda orta temperatur -2,3° C, iyul və avqust aylarında isə +15,5 ° C-dir. Burada günəş işığının müddəti ildə ərzinsə 2200 saata çatır. Tarixi 1868-ci ildə bir qaraçay kəndi olaraq qurulur. Kənd ilk olaraq Ojaya Bayçorovun nəslindən olan 40 ailə tərəfindən qurulur. Bu səbəbdən kənd bir müddət onun Ojayanın soyadı “Bayçoraralanı-Kabak” adı ilə adlandırılırdı. Kəndin adındakı “Kabak” sözü "kənd" mənasını verir. Vaxt keçdikcə kənd sakinlərin əhəmiyyətli bir hissəsi digər qəbilələrin nümayəndələri olması səbəbindən Teberda çayı sahilində yerləşdiyinə görə bu adla adlanmağa başladı.

1925-ci ildə ilk kənddə vərəm sanatoriyası açıldı. Sonradan çox sayda sanatoriya və istirahət evi ("Qornore uşellye", "Kluxori", "Azgek" turizm bazası, "Teberda" oteli və s.) açıldı.

Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 8 fevral 1971-ci il tarixli qərarı ilə Teberda qəsəbəsinə şəhər statusu verilir. Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 979-cu yerdədir. Əhalisinin sıxlığı — 3262.65 nəf./km². Milli tərkib 2002 və 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: xalqsay, nəf. (2002)ümumi əhaliyə olan nisbət, % (2002)say, nəf. (2010)ümumi əhaliyə olan nisbət, % (2010)qaraçaylılar 5 006 64,0 % 6 262 69,1 %ruslar 2 274 29,1 % 2 270 25,1 %osetinlər 90 1,1 % 99 1,1 %digərləri 457 5,8 % 427 4,7 %ümumi 7 827 100 % 9 058 100 %

İstinadlar

Kateqoriya:Qaraçay-Çerkesiya Respublikasının şəhərləri