Çeqem rayonu (, Официальный сайт Чегемского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir. Coğrafiyası Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə Urvan və Çerek rayonları, cənubda Gürcüstan. Qərbdən, şimaldan və qismən şərqdən yarım halqa şəklində Nalçik şəhər dairəsini əhatə edir.

Rayonun ən böyük və əhəmiyyətli çayları: Çeqem və Şaluşkadır. Çeqem çayının qollarından birində Çeqem şəlalələri yerləşir. Tarix

Çeqem rayonu Kabarda-Balkariya Regional İcra Komitəsi Rəyasət Heyətinin 28 yanvar 1935-ci il 92 nömrəli qərarına əsasən təşkil edilmişdir. Balkar rayonundan Yuxarı Çeqem, Aşağı Çeqem, Aktoprak və Yanikoy kənd sovetlikləri ayrılaraq yeni rayon təşkil edilir.

20 aprel 1937-ci ildə Yuxarı Çeqen Kənd Sovetliyindən Bulunquy ayrılır.

1944-cü ildə Balkarların Orta Asiyaya sürgün edilməsi ilə rayonun cənub hissələri Gürcüstan SSR-ə verildi. Elə həmin il bir sıra yaşayış məntəqələri Nalçik rayonundan Çeqem rayonu ərazisinə birləşdirilir. 1957-ci ildə əvvəllər alınmış torpaqlar Gürcüstan SSR-dən ayrılaraq Kabarda-Balkariya MSSR-a qaytarılır.

1962-ci ilin dekabrından 1965-ci ilin yanvar ayına qədər Urvan rayonunun tərkibində olan Germençik və Nartan kənd sovetlikləri istisna olmaqla, bütün yaşayış məntəqələri Baksan rayonunun tərkibində daxil edilir. 1965-ci ilin yanvar ayında Germençik kənd sovetliyi istisna olmaqla, Çeqem rayonu 1961-ci il sərhədləri daxilində bərpa edildi.

Əhali Urbanizasiya Şəhər şəraitində (Çeqem ş.) rayon əhalisinin 26.41 % yaşayır. Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %kabardinlər 50 452 73,02 %balkarlar 13 529 19,58 %ruslar 3 014 4,36 %digərləri 1 871 2,71 %milliyyətini bildirməyənlər 226 0,33 %ümumi 69 092 100,0 %

Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 7 253 6 616 13 869 20,07 % 15 — 59 yaş 23 960 23 368 47 328 68,50 % 60 yaşdan yuxarı 3 095 4 800 7 895 11,43 % ümumi 34 308 34 784 69 092 100,0 % Kişilər — 34 308 nəf. (49,7 %). Qadınlar — 34 784 nəf. (50,3 %).

Əhalinin orta yaşı — 33,8 yaş. Kişilərin orta yaşı — 32,3 yaş. Qadınların orta yaşı — 35,2 yaş.

İstinadlar

Mənbə Официальный сайт администрации Чегемского муниципального района Чегемский район на портале Правительства Кабардино-Балкарии

Kateqoriya:Kabarda-Balkariya rayonları