Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; , , ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi.

İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.

Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır.

Coğrafiya Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə şimal-qərbdə yerləşir. Hələb–Mosul magistrial Təll-Təmr qəsəbəsinin əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevirir.

Əhali 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbənin ilkin sakinləri Yuxarı Tyari tayfasından olan aysorlar olmuşdur. Onlar vaxtilə İraqdan Türkiyənin Hakkari regionuna köçüblər. 1960-cı illərin axırlarında onlar qəsəbənin demək olar ki, bütün əhalisini təşkil edirdi. İndiki dövrdə qəsəbənin əhali ərəblər və kürdlərdən təşkil olunub, ancaq 1990-cı illərdə aparılan hesablamalara görə, qəsəbə əhalisinin 20%-ni aysolar təşkil edir. Qəsəbənin əhali cədvəli belədir:

+ 1936 1960 1981 1993 1994 1995 2004 1.244 1.250 2.994 5.030 5.216 5.405 7.285

Suriyada vətəndaş müharibəsindən əvvəl elmi araşdırmalara görə, Suriyada yaşayan aysorların sayı 30.000 nəfərdir, onlardan 15.000–20.000-i Xabur sahili boyu ərazilərdə yaşayır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər — aina.org saytında. — aina.org saytında.

Kateqoriya:Suriya qəsəbələri