Mehranilər — 330-821-ci illərdə Qafqazın bir neçə bölgəsində hökmranlıq edən sülalə. Onlar Sasani farsəsilli olduqlarını iddia edirdilər, lakin parf mənşəli idi.
Tarix Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş mehranilər sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni, Moisey Kalankatlıya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixlə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını öldürtmüş və Girdimanın sahibi olmuşdur) tərəfindən qoyulmuşdur.
Moisey (Musa) Kalankatlıya görə sülalənin tarixçəsi belədir:
Varaz Qriqor (628–642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qardmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni, 510–628-ci illərdə Sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630–642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Partav şəhərinə köçürdü. Varaz Qriqorun Varaz Peroz, Cavanşir, II Varazman, İyezut-Xosrov adlı oğulları var idi.
Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu. 681-ci ildə Cavanşirin Bizanspərəst qüvvələr tərəfindən öldürülməsindən sonra onun qardaşı II Varazmanın oğlu I Varaz-Tiridat Böyük Alban Knyazı oldu. O da əmisi Cavanşir kimi Ərəb Xilafətinin vassalı olmağı qəbul etdi. Böyük Alban Knyazı Şiruyə(699–704) ərəblər tərəfindən Dəməşq şəhərinə aparıldı və o sonradan orada dünyasını dəyişdi. Şiruyədən sonra onun yerinə bir il müddətində (704–705) təkrarən I Varaz-Tiridat (II Varazmanın oğlu) Böyük Alban Knyazı oldu. I Varaz-Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı ləğv edildi və onun topaqları Ərəb Xilafətinin "Arran" əyalətinin tərkibinə qatıldı. Ancaq I Varaz-Tridatdan sonra bu nəslin nümayəndələri: II Vardan (705–711), Narse (711–740), Qagik (740–770), I Stepanos (770–800), II Varaz Tridat (800-822) yerli hakimlər olaraq qaldılar. Mehrani sülaləsinin son nümayəndəsi I Stepanosun oğlu II Varaz Trdat 822-ci ildə yerli knyazlardan biri tərəfindən öldürüldü və bununla da Mehrani sülaləsinin hakimiyyətinə son qoyuldu.
Quqark mehraniləri Quqark mehraniləri Firuz (330–361) Naməlum (361–394) I Bakur (394–400) I Arşuşa (400–430) II Bakur (430–455) II Arşuşa (455–470) I Varsken (470–482) III Arşuşa (482–540) IV Arşuşa (540–608) V Vəhram Arşuşa (608–627) VI Arşuşa (???–748)
Girdiman mehraniləri Girdman mehraniləri Firuz (330–361) Xurs (361–430) Barzabod (430–440) Varaz-Bakur (440–450) Mihr (450–480) Armayel (480–510) I Vard (510–540) I Vardan (540–570) II Vard (570–600)
Qafqaz Albaniyası mehraniləri Qafqaz Albaniyası mehraniləri Varaz Qriqor (628–642) Cavanşir (642–681) I Varaz Trdat (681–705) Şiriuyə (699–704, qəsbkar) II Vardan (705–711) Narse (711–740) I Qagik (740–770) I Stepanos (770–800) II Varaz Trdat (800–822)
Həmçinin bax Qafqaz Albaniyası Arran Səhl ibn Sunbat Cavanşir qalası
İstinadlar
Qeyd
Xarici keçidlər
Kateqoriya:Qafqaz Albaniyası
Kateqoriya:Sülalələr Kateqoriya:İran tarixi Kateqoriya:Ermənistan tarixi