İtum-Kali rayonu () — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir.
Coğrafiya İtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir.
Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır. Sərhəd Tuşeti və Mutsoy silsilələri boyu dəniz səviyyəsindən 3552 m hündürlükdə davam edir və Rusiya Federasiyasının Gürcüstanla dövlət sərhədi ilə üst-üstə düşür. Sonra Vejlan silsiləsi boyunca dəniz səviyyəsindən 4007 m yüksəklikyə çatır. Hündürlüyü 4493 m olan Tebulomsta dağı rayon ərazisində yerləşir. Zirvə nəyinki Çeçenistanın həmçinin Şərqi Qafqazın ən hündür zirvəsidir.
Tarix İtum-Kalin rayonu 1923-cü ildə təşkil edilmişdir.
1944-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə İtum-Kalin rayonu ləğv edildi və ərazisi Axalçevski rayonuna daxil olaraq Gürcüstan SSR-ə birləşdirildi. 1957-ci ildə Çeçeno-İnguş Muxtar Sovet Sosialist Respublikası yenidən bərpa edilir. Onun ərazisi özünə qaytarılır. İtum-Kali rayonunun ərazisində Sovetski rayonu təşkil edilir. 1990-cı ildə 1944-cü il sərhədləri daxilində rayon ərazisi bərpa edilir və əvvəlki adı özünə qaytarılır. Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 5 080 92,65 %ruslar 123 2,24 %avarlar 81 1,48 %digərləri 172 3,14 %bildirməyənlər 27 0,49 %ümumi 5 483 100,00 %
Yaşayış məntəqələri İtum-Kali rayonu ərazisinə ümumilikdə 31 yaşayış məntəqəsi daxildir. Rayon ərazisində ümumilikdə 13 inzibati ərazi vahidliyi vardır. Burada olan yaşayış məntəqələrinin hamısı kəndlərdir.
Qalalar Dyora, Soy-Peda, Puoq.
Mənbə Код ОКАТО 96 211 — Итум-Калинский район Чеченской Республики Итум-Калинский район
İstinadlar
Kateqoriya:Çeçenistan rayonları Kateqoriya:1923-cü ildə yaranmış dövlətlər və ərazilər