Açikulak — Rusiyanın Stavropol Vilayəti, Neftekum rayonu ərazisinə daxil olan kənd.

Coğrafiya Kənd Noqay çölünün şimal-qərbində, Stavropol diyarının cənub-şərqində, Qornaya Balka çayının sahilində yerləşir.

Stavropoldan olan məsafə: 260 km.

Neftekumskdan olan məsafə: 30 km.

Tarix Kənd 1830-cu ildə qurulmuşdur. Bir noqay kəndi olaraq formalaşır.

1860-cı ildə Açikulak kəndində ilk qonaq evi istifadəyə verilmişdir.г. 1869-cu ildə isə rus və noqay dillərində tədrisi aparılan məktən fəaliyyətə başlayır. Bu regionda fəaliyyətə başlamış ilk dünyavi məktəb olur.

1898-ci ildə Şimali Qafqazda çöl meşələrinin salınmasına başlanıldı.

1904-cü ildə ilk artezian quyusu, 1906-cı ildə xəstəxana, 1908-ci ildə kitabxana fəaliyyət göstərməyə başlayır.

1920–1965-ci illərdə ərazində, Açikulak müxtəlif illərdə Dağıstan Muxtar Sovet Sosialist Respublikası, Orjonikidze diyarı, Stavropol diyarı və Qroznı vilayətinin bir hissəsi olan Açikulak rayonunun inzibati mərkəzi olmuşdur.

1923-cü ildə Nikitin Pyotr Nikolaeviçin başçılığı ilə ilk "Əməyin şöhrəti" kənd təsərrüfatı karteli təşkil edildi. İlk komsomol hücrəsi yaradıldı. Bura 7 nəfər daxil idi.

1926-cı il siyahıyaalınmasına görə Açikulak əhalisi 2035 nəfərdən (1009 kişi və 1026 qadın) ibarət idi. Ümumilikdə kənddə 508 ev vardi. Əhalinin 1.881 nəfəri ruslar, 154 nəfəri isə digər milətin nümayədələri olmuşdur. 1929-cu il 1 oktyabr tarixinə kənddə bunlar mövcud idi: məktəb; 25 çarpayılıq bir ambulatoriya məntəqəsinə sahib rayon xəstəxanası; baytarlıq məntəqəsi; bütün əraziyə xidmət edən üç aqronom olan aqronom məntəqəsi, poçt və teleqraf idarəsi. 1929-cu ildə ərazidə kollektivləşmə həyata keçirilməyə başlanılır. Açikulak kəndində "Xleborob" adı verilən ilk kolxoz təşkil edilir. Müharibədən əvvəl isə kolxoz iki hissəyə böğlünür: Çapaev və Çkalova kolxozları. Kolxozun ilk sədri Sergey İvanoviç Yampolski olmuşdur.

1930-cu ildə Kayasula TMS və Açikulak maşın-traktor stansiyası birlikdə hər il 131 128 hektar ərazidə əkin işi aparırdı.

Kənndə iki su qüllə var idi, ancaq 1968-ci ildə onlar dağıdılmışdır.

Böyük Vətən Müharibəsi illərində Açiqulak bölgəsində ağır döyüşlər gedirdi.

2017-ci ildə Açikulak Neftekum şəhər dairəsinə birləşdirilir.

Əhali Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %ruslar 3 295 54,0 % %darginlər 1 659 27,2 %noqaylar 309 5,1 %koreyalılar 2163,5 %avarlar 831,4 %rutullar 831,4 %laklar 741,2 %çeçenlər 60 1,0 %digərləri321 5,3 %

Qəsəbə tipli Açikulak kəndi Administrasiya rəhbəri Dmitri Nikolayeviç Sokurenko

14 sentyabr 2014-cü ildən Yevgeni Vikroroviç Yuxnenko.

Mənbə Администрация муниципального образования села Ачикулак Нефтекумск. Ру: Ачикулак

İstinadlar