Aytac Şərifova () — Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunda və Azərbaycan qadın milli komandasında qapıçı kimi oynayan azərbaycanlı futbolçu.İlk Klubu Bakı 008 Peşakar futbol klubudur
Karyerası
Klub karyerası Qazaxıstanın "Okjetpes" klubunda oynamış Aytac Şərifova daha sonra, Sumqayıtın "Uğur" komandasının formasını geyinib. O, bu klubla Yüksək qızlar liqasının qalibi olub. Həmçinin Azərbaycan kubokunu qazanıb və ən yaxşı qapıçı seçilib. 2019-cu ildə İslandiyanın Keflavik klubuna transfer olunub.
Şərifova 2020-ci ilin əvvəlində Türkiyəyə köçüb və Türkiyə Qadınlar Birinci Liqasının 2019-20 mövsümünün ikinci yarısında Hakkarigücü Spora qoşulub. O, bu klubun tərkibində Türkiyə Qadınlar Super Liqasının 2021-22 mövsümündə də oynayıb. Türkiyə Qadınlar Super Liqasının 2022-23 mövsümündə "Trabzonspor" transfer edilib.
Şərifova 2 sentyabr 2024-cü ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi"yə transfer olunub. İki həftə sonra o, Türkiyəyə qayıtdı və keçmiş klubu "Hakkarigücü" ilə müqavilə imzaladı.
2025-ci ilin sentyabr ayında o, Hakkaridə "Yüksekova" komandasına qoşuldu və bu komanda 2025-26 mövsümündə Türkiyə Super Liqasına yüksəldi. 16 avqust 2026-cı ildə müqaviləsini yeniləyib.
Beynəlxalq karyera Şərifova Azərbaycanın qadın milli komandası tərkibində 2022 UEFA Qadınlararası Avropa çempionatının seçmə mərhələsinin iki oyununda, 2023 FİFA Qadınlararası Dünya Çempionatının seçmə mərhələsinin isə altı oyununda çıxış edib.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK (qadın) oyunçuları Kateqoriya:Qadın futbol qapıçıları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları