Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti.
Həyatı 1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb.
2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.
İstinadlar
Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Tripolidə doğulanlar Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Ali İqtisadiyyat Məktəbinin müəllimləri