Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti.
Həyatı Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir.
1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir.
Əmək fəaliyyəti 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Tədqiqat sahəsi Sovet-İran münasibətləri (19150–1978-ci illər), Avtoreferat, Bakı 1986. İranın xarici siyasəti
Beynəlxalq seminar, simpoziyum və konfranslarda konfranslarda iştirakı Yaxın və Orta Şərq: Dünəni, bu günü, sabahı. – Beynəlxalq elmi konfrans, Bakı, 2007. XX əsrin 90-cı illərində İran-Pakistan münasibətlərində Əfqan probleminin rolu. / Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş Müasir Şərqşünaslığın aktual problemləri, mövzusunda beynəlxalq elmi konfrans, 16–17 oktyabr, 2017
Seçilmiş əsərləri 200px|thumb|Atamoğlan Məmmədlinin "Şəhidlərə kəfən lazım deyil" pyesi
İİR və Fars Körfəsində təhlükəsizlik problemi. Bakı, 2006 İran – Türkmənistan münasibətləri. Bakı, 2006. İran İslam Respublikasının Ermənistan ilə iqtisadi-ticarət və mədəni əlaqələri. Bakı, 2006. İİR-nın yaranması və onun xarici siyasət kursunun müəyyənləşdirilməsi. Bakı, 2008. Taliban hakimiyyəti illərində İran-Əfqanistan əlaqələri. BDU-nun 90 illiyi münasibətilə konfrans 2009. İran-Bəhreyn münasibətlərinin əsas cəhətləri. BDU-Xəbərləri humanitar seriyası, N3. 2010. Влияние ирано-турецких отношений на южно-кавказский регион. Georgia previous experiences future prospects. Iran, Tehran. 20 February. 2011. Pakistan tarixi proqram BDU 2014 Koreya tarixi proqram BDU 2014 Влияние Ирано-Турецких отношений на южно-кавказский регион. Гилея Науквий Вестник Вып 87 (№ 8) Киев 2014 с 407–411 Развития торговых связей между Исламской Республики Иран и Турецкой Республикой. Кавказ и мир Тбилиси № 18 2014. "İran Pakistan münasibətlərində əfqan problemlərinin rolu və yeri". Tarix və onun problemləri.bakı-2015.,N3"İranın körfəz siyasətində Omanın rolu", BDU xəbərləri, Bakı, 2016, № 1. "Müstəqillik dönəmində İran-Azərbaycan münasibətlərinin prioritet istiqamətləri"/ Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol elmi-praktik konfrans, 7 dekabr 2016
Kitabları Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixi (həmmüəllif), Bakı, 1999. İran İkinci Dünya müharibəsi illərində. – monoqrafiya., Bakı, 2000. Ermənilərin gerçək tarixi. Bakı, 2008. "Gəlmələr (Ermənilərin gerçək tarixi)". Bakı, 2015. Asiya və Afrika ölkələri tarixi. Dərs vəsait. 2009 Cinna: Pakistan mənəvi atası. Bakı. 2012.
Mükafat və təltifləri Azərbaycan Respublikasının MTN-nin mükafatı. – 2006. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019.
İstinadlar
Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:Beyləqan rayonunda doğulanlar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri