Leyla Qədirzadə (tam adı: Leyla Salam qızı Qədirzadə; ) — ssenari müəllifi, tərcüməçi.
Yazıçı, Gənclik, Azərnəşr nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində, İnter-Ad, Cinealliance, Cinex şirkətlərində kreativ direktor vəzifəsində çalışıb. 250-dən çox reklam və korporativ filmin, 12 sənədli filmin müəllifidir. Azərbaycan Televiziyası Mədəniyyət kanalında "Müəllif proqramları və xüsusi layihələr" departamentinin baş redaktor müavinidir. Azərbaycanda "Ələddin" adlı ilk uşaq müziklının müəllifidir.
Həyat və yaradıcılığı Leyla Qədirzadə 14 avqust 1958-ci ildə Bakı şəhərində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsini bitirdikdən sonra "Yazıçı" nəşriyyatında əmək fəaliyyətinə başlayıb. 1992-ci ilədək "Yazıçı", "Gənclik", "Azərnəşr" nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində çalışıb. 1992–1994-cü illərdə Fars dili təmayüllü gimnaziyada müəllim vəzifəsində, "Günay" qəzetində tərcüməçi vəzifəsində çalışıb. 1994–1996-cı illərdə İran tikinti-təmir şirkətində tərcüməçi işləyib.
1996–2016-cı illərdə kino və reklam istehsalı sahəsində fəaliyyətinə başlayıb. "İnter-Ad", "Cinealliance", "Cinex" şirkətlərində kreativ direktor vəzifəsində çalışmışıb.
250-dən çox yaxın reklam və korporativ filmin, 12 sənədli filmin müəllifidir.
Azərbaycan mətbəxinin təbliği reklamı üçün, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi tenderdə qalib gəlib və həmin ssenari ürə, aktyor Jerar Depardye baş rolda olmaqla reklam çarxı çəkilib.
2015 Avropa Oyunları ərəfəsində yazdığı, Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş 10 filmin ssenari müəllifidir. ingilis dilinə tərcümə olunaraq dünyanın 120 kanalında nümayiş etdirilib.
2017-ci ildən televiziya sahəsində fəaliyyət göstərir. Azərbaycan Televiziyasının Mədəniyyət kanalında "Müəllif proqramları və xüsusi layihələr" departamentinin baş redaktor müavinidir.
Azərbaycanda "Ələddin" adlı ilk uşaq müziklının və dahi Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti" adlı operanın libretto müəllifidir.
Yazıçı Salam Qədirzadənin qızıdır. Ailəlidir. 2 övladı var.
Filmoqrafiya
Tanıtım filmləri 2011 — "Anama" 2011 — "Azərbaycan" turizm çarxı 2013 — "Azərbaycan mətbəxi" 2013 — "Azərbaycan" turizm çarxı
Sənədli filmlər 2008 — "Qarabağdır Azərbaycan" (redaktor və ssenari müəllifi) 2010 — "Uzunömürlülər" (redaktor) 2013 — "Uçmaq istəyirəm" 2015 — "Azərbaycanla tanışlıq" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Sənətkarlıq və incəsənət" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Memarlıq" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Qədim Azərbaycan" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Azərbaycanda idman tarixi" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Azərbaycan mətbəxi" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Azərbaycanda idman" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Azərbaycan musiqisi" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Tolerantlıq" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2015 — "Turizm" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları 2019 — "Azərbaycan ədliyyəsinin 100 illiyi" 2022 – "Hökm"
Bədii filmlər 2022 — "Göz bəbəyim" 2022 — "Zirzəmi" 2023 — "Sən hələ uşaqsan"
TV seriallar 2023 — "Sevginin ünvanı"
TV şoular 2022 — "Deməli"
Müzıkl 2018 — "Ələddin" (libretto müəllifi)
Opera 2019 — "Məshəti" (libretto müəllifi)
Povest 2016 — "Vahhabitka" (rusca)
İstinadlar