Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsi Çində 4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq Ordusunun Pekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir. Ölənlərdən başqa, minlərlə insan yaralanmışdı.

Mao sonrası Çində ölkənin gələcəyi haqqında siyasi elita və insanlar arasındakı narahatlıqlara cavab olaraq başladılan sürətli iqtisadi inkişaf və sosial dəyişikliklər dövründə islahatçı, kommunist partiyasının baş katibi Hu Yaobanqın 1989-cu ilin aprelindəki ölümü etirazları sürətləndirmişdi. 1980-cı il islahatları yeni formalaşan bazar iqtisadiyyatının yaranmasına səbəb olmuşdu. Belə iqtisadiyyat bəzi insanların xeyrinə olsa da, başqaları üçün ciddi şəkildə zərər dezavantaj yaratmışdı və təkpartiyalı siyasi sistemin legitimliyi meydan oxumaya məruz qalmışdı. Dövrün ümumi şikayətlərinə inflyasiya, korrupsia və yeni iqtisadiyyat üçün zəif hazırlıq və siyasi iştirakçılıqdakı məhdudiyyətlər daxil idi. Tələbələr əksər hallarda qeyri-təşkilatı hərəkət etsələr və hədəfləri fərqlənsə də, proses, demokratiya, mətbuat və ifadə azadlığına görə böyük hesabatlılıq və konstitusionallıq tələb edirdilər. Etirazların ən pik vaxtında meydanda təxminən bir milyon insan toplaşmışdı.

Etirazlar artıqdca dövlət rəsmiləri həm barışdırıcı, həm də sərt müdaxilələrlə cavab verdilər, bu da partiya idarəçiliyində dərin bölünmələrə səbəb oldu. May ayına qədər tələbələrin başlatdığı aclıq aksiyası ölkənin hər yerindən nümayişçilərə olan dəstəyi artırdı və etirazlar 400 şəhərə yayıldı. Çin Kommunist Partiyası yüksək idarəçiliyindəki baş nazir Li Pen və partiya ağsaqqalları Li Syannyan və Van Çjen etirazçıları zor güclə basdırmaq üçün qətiyyətli addımlar atmağı tələb etdilər və nəhayət, ali lider Den Syaopin və prezident Yan Şankunu öz tərəflərinə çəkməyi bacardılar.The Tiananmen Papers, edited by Andrew J. Nathan and Perry Link, compiled by Zhang Liang, pp. 468-477, Abacus, 2002 May ayının 20-də dövlət şurası hərbi vəziyyət elan etdi və Pekinə 300 000-ə qədər qoşun topladı. Qoşunlar proses zamanı həm yoldan keçənləri, həm də nümayişçiləri öldürərək 4 iyun səhər saatlarında Pekin şəhərinin əsas yollarından mərkəz hissələrə doğru irəlilədilər. Hərbi əməliyyatlar ümumi şəkildə prezident Yan Şankunun qardaşı, general Yan Baybin tərəfindən aparılırdı.Gen. Yang Baibing Dies at 93; Led Tiananmen Crackdown , The New York Times, January 17, 2013

Beynəlxalq cəmiyyət, insan hüquqları təşkilatları və siyasi analizçilər qırğına görə Çin hökumətini qınadı. Qərb ölkələri Çinə silah ambarqoları tətbiq etdi. Çin hökuməti etirazçılar və onların dəstəkçilərinin geniş şəkildə həbsinə başladı, ölkənin digər hissələrindəki etirazları basdırdı, xarici jurnalistləri ölkədən qovdu, yerli mətbuarda hadisələrin yayımlanmasına ciddi şəkildə nəzarət etdi, polisi və daxili mühafiə qüvvələrini gücləndirdi və etirazlara simpatiya göstərən rəsmiləri ya qovdu, ya rütbəsini azaltdı. Geniş çərçivədə, üsyanın basdırılması 1986-cı ildə başlamış siyasi islahatları sonlandırdı və sadəcə Den Syaopinin 1992-ci ildəki Cənub Səyahətindən sonra qismən davam etdirilən 1980-cı illər liberallaşma siyasətini dayandırdı. Suayrıcı hadisəsi kimi qəbul edilən etirazlara olan reaksiyalar Çində bugünkü günə qədər davam edən siyasi ifadəyə məhdudluq gətirdi. Etirazları xatırlamaq geniş şəkildə Kommunist Partiya idarəçiliyinin legitimliyini sorğulamaqla əlaqələndirilir və Çində ən çox senzura tətbiq edilən, həssas mövzu kimi qalmaqdadır.

Adlandırılması Çinlilərin ənənəsinə görə, hər hansısa bir hadisə qeyd olunarkən onun qeydə alındığı ay və gün yazı və ya rəqəmlə bildirilir, ardınca hadisənin növü göstərilir. Bu səbəbdən Çində Tyananmen meydanındakı etirazlar 4 iyun insidenti (çin. 六四事件; pinyin. liùsì shìjiàn) olaraq adlandırılır. Bu numenklatura keçmişdə eyni meydanda baş vermiş digər iki böyük etiraz dalğasının da ənəvi adıyla uyğunluq təşkil edir: 1919-cu ildəki 4 may hərəkatı və 1976-cı ildəki 5 aprel hərəkatı. 4 iyun Çin Xalq Azadlıq Ordusunun Tyananmen meydanını etirazçılardan təmizlədiyini günə istinad etsə də, əsas əməliyyatlar iyunun 3-ü axşam saatlarında başlamışdı. 4 iyun hərəkatı (çin. 六四运动; pinyin. liù-sì yùndòng) və '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. bā-jiǔ mínyùn) kimi adlardan hadisəni tam şəkildə təsvir etmək üçün istifadə edilir.

Çin Kommunist Partiyası 1989-cu ildən bəri hadisələrə saysız-hesabsız ad vermiş və bu adlar vaxt keçdikcə neytral terminologiyaya uyğunlaşdırılmışdır. Hadisələrin üstü açıldıqca "əks inqilabi qiyam", daha sonra sadələşdirilərək sadəcə "qiyam", ardınca isə "siyasi fırtına" olaraq adlandırılmışdır. Nəhayət, rəhbərlik daha neytral olan və bugünkü günə qədər istifadə edilən "1989-cu ilin yay və payız aylarındakı siyasi qarışıqlıq" ifadəsi qəbul edilmişdir.

Materik Çinindən kənarda və Materik Çinin daxilində siyasi basqıya məruz qalmış çevrələr tərəfindən bu hadisələr ümumi olaraq "4 iyun qırğını" (çin. 六四屠殺; pinyin. liù-sì túshā) və "4 iyun basqısı" (çin. 六四鎮壓; pinyin. liù-sì zhènyā) olaraq adlandırılır. Çindəki internet senzurası səbəbindən yuxarıda verilmiş adlar axtarış motorları və ictimai forumlar üçün həddən artıq həssas qəbul edilir. Buna görə də internetdə bu hadisələri izah etmək üçün müxtəlif adlar ortaya atılmışdır: 35 may, VIIV (6 və 4 Roma rəqəmləri ilə), 8-in kvadratı (8*8=64) və 8964 (iiag məntiqi ilə kodlaşdırılıb).Bus driver in '8964' massacre memento suspended for 3 months , June 13, 2016, Chantal Yuen, Hong Kong Free Press.

İngilis dilində tez-tez "Tiananmen Square Massacre" (Tyananmen meydanı qırğını), "Tiananmen Square Protests" (Tyananmen meydanı etirazları) və "Tiananmen Square Crackdown" (Tyananmen meydanı basqısı) ifadələri silsilə hadisələri təsvir etmək üçün istifadə edilir. Ancaq, Pekindəki qırğınların heç də hamısı Tyananmendə baş verməyib, meydanın kənarındakı Çanqan prospektinin başlanğıcından sonuna qədərki yolda və xüsusilə də, Musidi ərazisi yaxınlığında da zorakılıq yaşanıb. Bu ifadə, sanki, nümayişlərin sadəcə Pekində baş tutduğu kimi məna versə də, əslində bu cür etirazlar bütün Çin ərazisində qeydə alınmışdı.

Arxa planı Boluan Fanjenq və iqtisadi islahatlar Mədəni inqilab rəhbər Mao Zedonqun 1976-cı ildə ölməsi və Dördlər Bandasının həbsi ilə sonlandı. Mao Zedonqun başlatdığı və yaydığı inqilab ölkənin müxtəlif iqtisadi və sosial mühitinə çox böyük ziyan vurmuşdu. Ölkə iqtisadi istehsalın zəifləməsi, hətta dayanma səviyyəsinə çatması səbəbindən yoxsulluq bataqlığına sürüklənmişdi. Siyasi ideologiya adi insanların, o cümlədən Kommunist Partiyanın tərkibində işləyənlərin həyatında birinci dərəcəli yerdə idi.

1977 sentyabrında Den Syaopin Mədəni inqilabın səhvlərini düzəltmək üçün Boluan Fanjenq ("xaos vəziyyətindən çıxmaq") ideyasını təklif etdi.1978-ci ilin dekabrında, 11-ci Mərkəzi Komitənin 3-cü Plenumunda Den Çinin de fakto liderinə çevrildi. O, Çin iqtisadiyyatında islahatlar (Çin iqtisadi islahatları) aparmaq üçün daha ətraflı proqram ilə çıxış etdi. Bir neçə il içərisində ölkənin ideoloji saflıq fokusu maddi varlıq əldə etmək cəhdi ilə əvəzləndi.

Den islahat tədbirlərinə gözətçilik etsinlər deyə öz müttəfiqlərini hökumət və partiyada ən yuxarı vəzifələrə yüksəltdi. Çjao Szıyan sentyabrında 1980-da hökumət başçısı (premyer), Hu Yaoban 1982-ci ildə Kommunist Partiyası Baş Katibi oldu.

İslahatlar və açılımlar qarşısındakı çətinliklər Denin islahatları iqtisadiyyatda dövlətin rolunu azaltmağa yönəlmişdi və zamanla kənd təsərrüfatında və sənayedə özəl istehsala icazə verdi. 1981-ci ilə qədər, təxminən, kənd fermalarının 73%-i dekollektivləşdirilmiş və dövlət əsaslı təşəbbüslərin 80%-nə öz mənfəətlərini əldə saxlağama icazə verilmişdi. Bir neçə il içində istehsal artmış və yoxsulluq davamlı şəkildə azalmağa başlamışdı.

İslahatlar ümumi olaraq cəmiyyət tərəfindən müsbət qəbul edilsə də, elit partiya bürokratiyasındakı korrupsiya və nepotizm daxil olmaqla, dəyişikliklərin gətirdiyi sosial problemlər narahatçılığı artırırdı. 1950-ci illərdən bəri mövcud olan dövlət tərəfindən təyin edilən qiymətləmə sistemi sabit qiymətləri uzun müddət aşağı səviyyədə saxlamışdı. İlkin islahatlar iki tərəfli sistem yaratmışdı: bəzi qiymətlər sabitləşdirilsə də, digərləri azad bazarda təyin oluna bilirdi. Xronik çatışmazlıqları olan bazarda qiymət enib-qalxmaları güclü əlaqələri olan insanlara malı aşağı qiymətdən alıb, bazar qiymətindən satmağa imkan verirdi. İqtisadi menecment səlahiyyətləri olan partiya bürokratlarının belə arbitrajlarda yüksək məbləğlərlə iştirak edirdilər. Cəmiyyətdə korrupsiya üzrə olan narazıçılıqlar pik həddinə çatmışdı və bir çoxları, xüsusilə də intellektuallar yalnız demokratik islahatların və hüquq üstünlüyünün ölkə xəstəliklərini sağalda biləcəyinə inanmağa başladılar.

1988-ci ilin yayında Beydayhedən geri çəkildikdən sonra Den rəhbərliyindəki partiya mərkəzi bazar əsaslı qiymətləmə sisteminə keçidi tətbiq etməyə qərar verdi. Qiymət nəzarətləri barədə rahatlaşma xəbəri bütün Çində nağd pulların çəkilməsini, alış və ehtiyatların artırılmasına səbəb oldu. Hökumət bir növ özünü itirdi və iki həftədən qısa müddətdə qiymət islahatlarını ləğv etdi, ancaq əsas təsirlər çox daha uzun davam etmişdi. İnflyasiya uçmuşdu: rəsmi indekslərin hesabatına görə 1987-1988-ci illər arasındakı Pekində İstehlakçı Qiymət İndeksi 30%-ə qədər artmışdı, bu da maaşlı işçilər arasında artıq əsas qida məhsullarını ala bilməyəcəkləri fikrini formalaşdırmışdı. Üstəlik, yenii bazar iqtisadiyyatında mənfəətsiz dövlət müəssisələrinə məsrəfləri kəsmək üçün təzyiq edilirdi. Bu, "dəmir düyü qabı"na arxalanan əhalinin böyük hissəsini təhdid etdi. "Dəmir düyü qabı" çinli işçilər üçün iş təhlükəsizliyi, tibbi yardım və subsidiyalaşdırılmış ev mənasına gəlirdi.

Sosial hüquqlardan məhrum etmə və legitimlik böhranı 1978-ci ildə islahatçı liderlər intellektualların reformlar vasitəsilə ölkənin inkişafında aparıcı rol oynayacağını düşündü, ancaq bu, planlaşdırıldığı kimiolmadı. Yeni universitetlərin açılması və qeydiyyatın artmasına baxmayaraq, dövlət yönümlü təhsil sistemi kənd təssərrüfatı, yüngül sənaye, xidmət və xarici investisiya sahəsində artan tələbi qarşılayacaq səviyyədə məzun yetişdirə bilmədi. İş bazarı, xüsusilə humanitar və sosial elmlərdən məzun tələbələr üçün məhdud idi. Üstəlik, özəl şirkətlər artıq dövlət tərəfindən onlara qoyulan tələbə qəbul etmə kvotasına da ehtiyac duymurdular. Bir çox yüksək maaşlı iş qohumbazlıq və dostbazlıq əsasında təklif edilirdi. Dövlət təyinatlı yaxşı işlərə yüksəlmək öz sahələri üzrə təcrübəsi çox az olan rəsmilərə səlahiyyət verən , yüksək effektsizliyi olan bürokratiyaya nəzarət etmək mənasına gəlirdi. İş bazarındakı qanqaraldıcı vəziyyəti və xaricə getmə imkanlarının məhdudluğunu görən ziyalılar və tələbələr siyasi məsələlərlə maraqlanmağa başladılar. Demokratiya salonu (çin. 民主沙龙; pinyin. Mínzhǔ Shālóng) və Çəmənlik salonu (çin. 草坪沙龙; pinyin. Cǎodì Shālóng) kimi kiçik tələbə qrupları Pekin universitet kampusunda peyda olmağa başladılar. Bu təşkilatlar tələbələri siyasətə qarışmağa təşviq edirdi.