Karlsbad () — ABŞ-nin Kaliforniya ştatının San-Dieqo qraflığında şəhər. Karlsbad San-Dieqo şəhərindən uzaqlıqdadır. Karlsbad populyar bir turistik məkandır. Şəhərin 2014-cü ildəki təxmini əhalisi 112.299 nəfərdir. Sakinlərinin orta gəliri 105.000 ABŞ dollarına yaxın olan Karlsbad Kaliforniya ştatının ən zəngin beşinci şəhəridir.
Coğrafiya ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata görə, şəhərin ümumi ərazisi 101.6 km2-dir. Bunun 98 km2si quru, 3.6 km2-i isə su sahəsidir. Şəhər ərazisində üç laqun və bir göl yerləşir.
İqlim Karlsbad şəhərinin iqlimi subtropik, tipi isə Aralıq dənizidir.
Əhali İl Əhali Artış 1950 4.383 — 1960 93.253 111.1 % 1970 14.944 61.5 % 1980 35.490 137.35 % 1990 63.126 77.39 % 2000 78.247 24 % 2010 105.328 34.36 %
2010-cu ildə keçirilən əhalinin siyahıyalmasına görə, şəhərin ümumi əhalsii 105.328 nəfər idi.
Şəhər əhalisinin irqi paylanması:
Ağdərili – 74,9% Afroamerikalı – 1,3% Yerli – 0,5% Asiyalı – 7,1% Latino – 13,3% və digələri.
Şəhər əhalisinin 13,6 %-i Karlsbad şəhərində anadan olmuş, 85,1 % isə öz evlərində bir ildən çox yaşayır. Beş yaşından yuxarı olanların 17,6 %-i iki və ya daha çox dildə danışa bilir. Şəhər əhalisinin yaşı 25-dən yuxarı olan sakinlərinin 95,9 %-nin orta təhsili, 51,1 %-nin isə bakalavr, magistr və ya daha yüksək dərəcəsi var.
Şəhər əhalisinin yaş paylanması:
Beş yaşından yuxarı – 6,0 % 18 yaşından yuxarı – 24,1 % 65 yaşından yuxarı – 14,0 %
Qardaş şəhərlər 20x20px Futtsu, Yaponiya</small> 20x20px Karlovı Varı, Çexiya</small>
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Karlsbad (Kaliforniya) Kateqoriya:Kaliforniya şəhərləri Kateqoriya:1952-ci ildə yarananlar