Buldır adası (, ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada.

Coğrafiya left|thumb|Şimal sahili Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m).

Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.

Tarixi 1760-cı ildə "Müqəddəs Yohann Ustyujski" gəmisində rus sahibkarlar adaya yan alırlar. Ac kütlənin rəhbəri olan Vasili Şoninin rəhbərliyi altında ruslar yerlilərin ikisini öldürərək onların ehtiyatlarını ələ keçirirlər. Bu qətliyamlardan sonra yerli aleutlar ruslardan gizlənərək çılpaq qayalara sığınırlar. Aclıq və susuzluqdan əziyyət çəkən aleutlar ruslardan bağışlanmalarını və əvəzində onlara dəniz samurlarını ovlamaqda yardım edəcəklərini bildirirlər. Ancaq Şonin rus işğalları tarixində ilk dəfə olaraq adada yaşayan bütün aleutları məhv etmək qərarına gəlir.

1867-ci ildə Alyaskanın satın alınması zamanı adalarda ABŞ-yə satılır.

Mənbə Buldir Island: Block 1146, Census Tract 1, Aleutians West Census Area, Alaska

İstinadlar

Kateqoriya:Siçovul adaları Kateqoriya:Aleut adalarına daxil olan adalar Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları