Hacı Əmirin evi — Şuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi.
Memarlıq xüsusiyyətləri
İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir.
Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır. Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Kateqoriya:Qarabağ abidələri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XVIII əsrdə tamamlanmış evlər Kateqoriya:Şuşadakı dini tikililər