Andorra la Vella (Andorra-la-Velya) — Andorranın paytaxtı. Şəhər Vellero-del-Nor və Vellero-del-Olira dağlarının arasında yerləşir. Şərqi Pireney dağlarında (1070 m yüksəklikdə) dağarası çökəklikdə, Valira çayı (Ebro hövzəsi) üzərindədir. Əhalisi 22,615 min (2014). İspaniya ilə Fransanı birləşdirən avtomobil yolu üstündə ticarət-nəqliyyat, bank fəaliyyəti və beynəlxalq turizm mərkəzidir. İqtisadiyyatında xidmət sahələri üstünlük təşkil edir. Suvenir və bəzək əşyalarının kustar istehsalı, ağac və daş üzərində oyma geniş yayılmışdır. Rəvayətə görə, ərəblərin şimala irəliləməsinin qarşısını almaq məqsədilə 9-cu əsrin əvvəlində Böyük Karl tərəfindən salınmışdır. Şəhərin memarlıq abidələri arasında Müqəddəs Armenqol kilsəsi (roman üslubu, 11–12-ci əsrlər), intibah dövrünə aid "Vadilər Evi" (Kassa-de-la-val, 1580, hazırda Andorra incəsənəti və tarixi muzeyinin binası), Ədliyyə sarayı, parlament binası (Sala-del-Konsell) və dövlət arxivi (Set-Panis); 19–20-ci əsrlərə aid binalar, Musiqi Akademiyası, Dövlət Teatrı var.
Qardaş şəhərlər 20px Valls (İspaniya)
Yaşayış məntəqələri # Yaşayış məntəqələri Əhali 20051Andorra la Vella20.6482Santa Koloma2.9393Cəmi23.587
Əhali Nr.* Rayon Ərazi km² İllər Əhali 1990 2000 2007 40px|Andorra la Vella 12 19.022 21.189 24.574
İstinadlar
Kateqoriya:Andorra Kateqoriya:Andorra şəhərləri Kateqoriya:Andorra la Vella Kateqoriya:Avropa dövlətlərinin paytaxtları Kateqoriya:IX əsrdə yaranan yaşayış məntəqələri