Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) — İndoneziya siyasətçisi, sahibkarı və Youtuberi. İndoneziyanın 7-ci prezidenti Coko Vidodonun üçüncü və ya ən kiçik oğlu. Beynəlxalq Bakalavr diplomu ilə Sinqapurda Anqlo-Çin Məktəbini bitirmişdir. 2023-cü ilin sentyabrında İndoneziya Həmrəylik Partiyasının (PSI) sədri təyin edildi.
Sinqapurda ACS İnternational-ı Beynəlxalq Bakalavr Diplomu ilə və Sinqapur Sosial Elmlər Universitetini bitirmişdir. O, hazırda Erik Tahir ilə birlikdə Liqa 1 Persis Solo futbol klubunun sahibidir.
Şəxsi həyatı Kaesanq Cokyakartada 10 dekabr 2022-ci il tarixində indoneziyalı model Erina Qudono ilə evləndi.
Karyera
İnternet şəbəkəsi O 2011-ci ildə "gündəlik anak kampunq" və ya "cənab kacanq" adlı bloqqer kimi məşhur oldu. Onun yazı tərzi şəxsi həyatı və ailəsi ilə əlaqəsi yaradıcı və komikdir. Bəzən atasını blusukan (bro,qardaş) kimi müşayiət edir. Mart 2016-cı ildən Kaesanq YouTubeda fəaliyyətə başladı və bir çox videoları yumor hissi səbəbiylə virus kimi yayıldı. Onun YouTube vloqqinqi məşhur hala gəldi; 2017-ci ilin may ayından etibarən 270 min abunəçi var. Kaesanq Kral Salman ilə Cokovinin naharını qeydə alıb populyarlığını qazanandan sonra #JKWVLOG adlı öz YouTube vloqunu yaratdı. Kaesanq həyatını İndoneziya prezidentinin oğlu olaraq izah etmək üçün İndoneziya televiziya şousu Mata Nacvaya qatıldı. 2017-ci ildə Kaesanq İndoneziyanın vətəndaşları arasında birlik və tolerantlığın inkişafı üçün Bersatulah adlanan bir mahnı buraxdı. Kaesanq Panqarep İndoneziya filmi Cek Toko Sebelahda kiçik bir rolda olmuşdur.
Təhqir iddiaları Ramadan Rally-də "Ahoku öldür" deyən uşaqlara cavab verən bir video yaratdıqdan sonra Kaesanq təhqir və nifrət aşılaması barədə polisə məlumat verildi. Bununla belə polis təhqir mövcudluğuna dair bir sübut tapmadı və işi buraxdı.
Biznes Kaesanq İndoneziyanın bir neçə şəhərində fəaliyyət göstərən banan mərkəzli mağazalar şəbəkəsinə sahib olmaqla kulinariya biznesində də fəaldır. O, həmçinin qurbağa şəkilləri ilə təsvir olunan bir geyim xətti yaratdı. Bundan əlavə o, kulinariya KOM və ev təsərrüfatları ilə işləyən 2017-ci ildən etibarən Madhanq adlı bir başlanğıcda marketoloq kimi fəaliyyət göstərir.
Siyasət 2023-cü ildə Kaesanq Depok şəhərinin meri vəzifəsinə namizəd olmaq niyyətində olduğunu bildirdi. İndoneziya Həmrəylik Partiyası (PSI) qısa müddət sonra Qerindra partiyası ilə birlikdə Kaesanqa dəstəyini bildirdi. O, 23 sentyabr 2023-cü ildə rəsmi olaraq PSI üzvü oldu və iki gün sonra, 25 sentyabr 2023-cü ildə partiya sədri təyin edildi.
Filmoqrafiya Cek Toko Sebelah (2016)
İstinadlar
Xarici linklər
Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:İndoneziya prezidentlərinin övladları Kateqoriya:Yavalılar Kateqoriya:Coko Vidodo ailəsi Kateqoriya:İndoneziya müsəlmanları