Penon de Əlcəzair () — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi.
Tarix thumb|left|Osmanlıların qalanı ələ keçirmə anı (1529). 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlərInternational Dictionary of Historic Places: Middle East and Africa Trudy Ring p.54 . Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idiE.J. Brill's first encyclopaedia of Islam, 1913-1936 by Martijn Theodoor Houtsma p.258 . Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir.
Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır. İstinadlar
Kateqoriya:Əlcəzair adaları Kateqoriya:Aralıq dənizi adaları