Tərlan Mollaçı oğlu Poladov (8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi"Azərbaycan Sambo Federasiyası.

Həyatı 1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır.

Ailəsi Evlidir, üç övladı var.

İdman fəaliyyəti Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdırİdman həyatı. SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub. 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə) 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub. Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir. 2008 Yay Paralimpiya Oyunlarında Azərbaycan cüdo yığma komandasının məşqçisi olub.

Mükafatları Cüdo idman növündən xidmətlərinə görə, Azərbaycan Respublikası "Əməkdar məşqçisi" adına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Tərlan Poladov Judo.az saytında

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:Cüdo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi cüdoçuları