Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu yerin yaxınlığında Osmanlı İmperiyasının sərhəd komandanı olan və bir il əvvəl Bosniya bəylərbəyi olaraq təyin edilmiş Telli Həsən paşanın Bosniya əyalət sipahiləri və Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları arasında baş tutmuş döyüşdür.
Döyüşdə, Bosniya bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə uğradıldı. Telli Həsən Paşa və digər bir neçə paşa həlak oldu. Bu döyüşün nəticəsi 1593-1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya döyüşlərinə gətirib çıxardı.
İstinadlar
Xarici keçidlər
Joseph von Hammer-Purgstall, Geschichte des Osmanischen Reiches. online:Vol.4: Vom Regierungsantritte Murad des Dritten bis zur zweyten Entthronung Mustafa des Ersten 1574–1623 , Budapeste: C. A. Hartleben, 1829, s. 218. Türkçe çeviri: Abdüllatif Türker, Dündar Alikılıç, İrfan Bülbül, (2000) Osmanlı İmparatorluğu Tarihi Ìstanbul: Söğüt Yayınları ISBN 9786050043181 Türkiye Kültür ve Turizm Bakanlığı Sultan III. Murad Kronolojisi
Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:Xorvatiyanın xarici siyasəti Kateqoriya:1593-cü ildə Xorvatiya Kateqoriya:22 iyundakı hadisələr Kateqoriya:İslam tarixi Kateqoriya:Osmanlı imperiyasının döyüşləri