Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; ) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). http://qebele-ih.gov.az/storage/files/files/72036.pdf
Həyatı Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə–gənclər axşam məktəbini bitirmişdir.
Əmək fəaliyyəti Qərib Mehdiyev 1955–1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957–1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959–1965-ci illərdə Gəncə şəhər dəmir–beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır.
Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965–1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir.
Ədəbi fəaliyyəti Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa vermişdir. O, 1983-cü ildən "Nasirin şeir boxçası" silsiləsindən şeirlər dərc etdirir. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunmuşdur. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edir.
Ölümü Qərib Mehdi 20 yanvar 2026-cı ildə vəfat edib.
Əsərləri
Mükafatları Əməkdar jurnalist (2009). Həsən bəy Zərdabi adına mükafatı (1991). "Məmməd Araz" ali ədəbi mükafatı laureatı. "Cəsarətli jurnalist" mükafatına layiq görülmüşdür (1999).
İstinadlar
Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları