() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir.
Botaniki xarakteristikası Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir. Meyvələri şarşəkilli, qara və ya bənövşəyi, bəzən tünd göy, çox turşdan şirinədək, diametri 12 mm-dək, qalın qabıqlı giləmeyvədir. Giləmeyvələrin ləti sulu, turştəhərdir. Sentyabrın axırları yetişir.
Ekologiyası Şəhər şəraitini yaxşı keçirir. Tüstüyə və qaza davamlıdır. Nəmişlik sevəndir. Çay vadiləri, meşə, dağ yamaclarında rast gəlinir, ağaclara dırmaşır və torpaqda sürünür.
Azərbaycanda yayılması Böyük Qafqazda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə oluna bilər. Üzümün cavan, sulu zoğları və yarpaqları salatda istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1857-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:Tacikistan florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Yeməli vəhşi bitkilər