Dekabristlər üsyanı () — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi.
XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindənКоролевство Пруссия: "Тильзитский мир", полная версия sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi.
Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi.
I Aleksandrın təqibləri və militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar. İki əsas istiqamət müzakirə olunurdu: məhdud monarxiya və federativ dövlət.
Aleksandrın ölümündən sonra I Nikolayın taxta çıxacağı gün Rusiya tarixində çara qarşı yönəlmiş ilk silahlı üsyan gerçəkləşdi.
1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu. Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu.
Zəmin thumb|250px|İmperator I Aleksandr XIX əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. I Pavel öldürüldü və onun oğlu I Aleksandr taxta çıxarıldı (1801–1825). Kəndli məsələsinin kəskinliyini zəiflətmək üçün 1803-cü ilin 20 fevralında "azad taxılçılar" haqqında fərmanУказ о вольных хлебопашцах verildi. Fərmana görə mülkədarlara icazə verilirdi ki, öz arzularına görə pul alıb kəndliləri torpaqla birlikdə azad etsinlər. 1810-cu ildə yaradılan Dövlət şurası ali idarəetmə orqanı kimi fəaliyyət göstərsə də, çarın yanında məşvərətçi orqan idi.
1812-ci il Vətən müharibəsinin və 1813–1814-cü illərdə Qərbi Avropaya yürüşlərin nəticələri ağır bir yük kimi Rusiya iqtisadiyyatının üzərinə düşdü. Düşmənin müdaxiləsi nəticəsində şəhər və kəndlər, o cümlədən Rusiyanın köhnə paytaxtı Moskva və Smolensk kimi şəhərlər xarabazara çevrilmiş və yandırılmışdı. Ölkəyə yüz milyonlarla rubl dəyərində ziyan dəymişdi. Təqribən milyon yarım kimi rekrut və xalq qoşunu əsgəri kimi silahlandırılmışdı. Döyüş meydanlarında və xəstəliklər nəticəsində külli miqdarda adam həlak olmuşdu. Əkinlərin məhv edilməsi, mal-qaranın tələf olması əhalinin var-yoxdan çıxması demək idi. Müharibə maliyyə işini və pul tədavülünü son dərəcə pozmuşdu. Mülkədar-təhkimçi hökuməti yaranmış iqtisadi vəziyyətin ağırlığını bütünlüklə xalq kütlələrinin üzərinə salmışdı. Dövlət büdcəsinin kəsiri adambaşına vergilər, kəndlilərdən alınan töycü rüsumları və içkidən (araqdan) əldə edilən gəlir hesabına ödənilirdi. Ölkənin təsərrüfat həyatının ümumi tənəzzülü və kütlələrin var-yoxdan çıxması üzündən bu "gəlirlər" az olduğuna görə dövlət kağız pullar (əksinaslar) buraxmağa başlamışdı, bu pullar isə ildən-ilə qiymətdən düşmürdü. 20-ci illərdə gümüş rublun məzənnəsi kağız pulun təqribən 3 rubluna bərabər tutulurdu. Bahalığın artması xalqın vəziyyətini daha da pisləşdirirdi.
Xalq arasında milli hissin yüksəlməsi, 1812-ci ildə düşmənə qarşı mübarizədə özünü göstərmiş qüvvənin başa düşülməsi mülkədar kəndində, votçina manufakturasında və əsgər kazarmasında kəndlinin öz təhkimçi vəziyyətini daha aydın başa düşməsinə təkan verdi.Мемуары декабристов. Северное общество / Ред. В. А. Фёдоров. — Москва: МГУ, 1981. с.8 Xalq etirazının ruhu güclənmişdi. Kəndlilər biyar və töycünün daha da artırılmasına və mülkədarların onları torpaqdan məhrum etmək cəhdlərinə getdikcə daha tez-tez etiraz çıxışları ilə cavab verirdilər. 1813–1825-ci illərdə 200-dək kəndli iğtişaşı baş vermişdi, bu illərdə iğtişaşların orta illik sayı isə Vətən müharibəsindən əvvəlki illərə nisbətən iki-üç dəfə artıq idi.SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsi ilə. Bakı, 1985, səh.553. Həmin illərdə kəndli mübarizəsi inadkarlığı və sürəkli olması ilə səciyyəvi idi. Bir sıra hallarda kəndlilər mülkədarlara qarşı bir neçə il mübarizə aparmışdılar. Məsələn, Ryazan quberniyasında, yerli qubernatorun məlumatına görə kəndlilər tez-tez "itaətsizlik və coşğunluq" göstərirdilər və bəzən bu hərəkətlər iki-üç il davam edirdi. Kostroma quberniyasında mülkədar Meşşaninovun doqquz kəndinin təhkimliləri 1818-ci ildə "qiyama" başlamış və mübarizəni, 1820-ci ilədək davam etdirmişdilər, həmin il isə mülkədar qadın Abaldueyevanın min nəfərdən artıq təhkimli kəndlisi qiyamçılara qoşulmuşdu. Üsyan edən kəndlilərin getdikcə daha çox inadkarlıq göstərdiklərini burdan görmək olardı ki, hökumət kəndliləri "sakitləşdirmək" üçün əsgər dəstələri göndərilməsinə getdikcə daha tez-tez əl atmalı olurdu. 1816-cı ildən 1825-ci ilədək kəndliləri yüz dəfədən çox hərbi qüvvə hesabına sakitləşdirmək, yəni kəndli iğtişaşlarının yarıdan çoxunu silah gücünə yatırtmaq lazım gəlmişdir. left|thumb|General-adyutant Aleksandr Çernışevin Qış sarayının Hərbi qalereyasındakı portreti 1818–1820-ci illərdə Don sahilindəki kəndli hərəkatı ən kütləvi hərəkat idi. Vaxtilə Don çayının və onun qollarının sahillərində sərbəst yaşayan əhali öz kazak başçıları-getmanlar və digər başçılar tərəfindən əsarət altına alınmışdı. Bütün torpaqlar yüksək zütbəli kazakların sərəncamına verilmiş və beləliklə, onlar torpaq və təhkimlilər üzərində hüquqları olan yeni zadəganlara çevrilmişdilər. Don sahilində Ukraynanın və Rusiyanın mərkəzi quberniyalarından qaçıb gəlmiş çoxlu kəndli yaşayırdı. Onlar bu yerlərdə azadlıq axtarırdılar, amma yenə də kölə vəziyyətinə düşmüşdülər, iğtişaşlar başlanmışdı. Hökumət Donda mülkədarların torpaq sahibliyini nizama salmağı qərara almış və bunun üçün xüsusi komitə təsis etmişdi. Kəndlilər hökumətin qərarını özlərinə xeyirli olan tərzdə başa düşmüşdülər, ona görə də iğtişaşlar xüsusi bir qüvvə ilə genişlənib böyük bir ərazini bürümüşdü. Hərəkatda 45 mindən çox kəndli iştirak edirdi. General-adyutant Aleksandr Çernışov kəndliləri sakitləşdirməyə göndərilmişdi, onun sərəncamında altı piyada alayı, iki süvari eskadronu və altı top vardı. General qırmalı top mərmilərindən və güllələrdən istifadə edərək üsyanı yatırtdı. Üsyançılara amasızcasına divan tutuldu, 263 nəfər qamçı, çubuq cəzasına məhkum edildi, katorqaya və Sibirə sürgünə göndərildi.
Kazarmalarda əsgərləri mənasız dərəcədə xırda hərbi təlim tələblərinin yetirilməsində ən kiçik xətalara görə vəhşicəsinə cəzalar tətbiq edən arakçeyevçilik gözləyirdi.Гессен В. М. Аракчеевская барщина: исторические зарисовки из эпохи военных поселений . — М., 1932. — 119 с.: ил. 1816–1825-ci illərdə əsgərlərin ən azı 15 açıq çıxışı baş vermişdi.SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsi ilə. Bakı, 1985, səh.556
1820-ci ilin oktyabrında Semyonovsk polkunun qiyamı paytaxtda böyük siyasi hadisə oldu. Yürüşlər zamanı bir çox əsgəri işləri ilə şöhrət qazanmış polk vətənə qayıtdıqdan sonra Arakçeyevin əlaltısı Şvartsın komandalığı altına düşdü. Təzə komandir humanist zabitliyə alışmış əsgərlərin qəlbində "sərbəstlik" ruhunu öldürməyi qərara almışdır. Çubuq intizamı, əsgərin şəxsiyyətinin təhqir edilməsi Şvartsın əsgərlərə təsirini başlıca metodu idi. Semyonov polku əsgərlərinin çıxışı "hökmdar rotasının" şikayəti ilə başlandı. Polkun rəhbərliyi rotanı həbs edib Petropavlovsk qalasında təcrid etdilər. Polkun qalan rotaları etiraz edənləri müdafiəyə qalxdılar və bütün polk qalaya salınmış olundu. Peterburqun hakimiyyət orqanları və xaricdən tələsik qayıtmış çar polkun çıxışlarından qorxuya düşdülər. Kazarmalarda əsgərlər arasında hökumət əleyhinə intibahnamələr yayılırdı. İntibahnamələrdə çara və zadəganlara qarşı mübarizə aparmaq, zadəganların əvəzinə öz komandirlərini seçmək haqqında çağırış vardı, çar zadəganların mənafeyini qoruyan "ən böyük quldur" adlandırılırdı. Hökumət "qiyamçılara" amansızcasına divan tutdu. Təhrikçiləri bir neçə dəfə əsgər sıraları arasından keçirib çubuqladılar; belə cismani cəzadan sonra sağ qalanları katorqaya göndərdilər. Bütün polk ləğv edildi. Katorqaya göndərilmiş və ucqar hərbi hissələrə səpələnmiş semyonovçuların qəlbində hakimiyyət orqanlarına nifrət yaşayırdı və onlar digər inqilabi çıxışlarda dəfələrlə iştirak etdilər. Semyonovçuların çıxışları zamanı tapılmış intibahnamələrin birində təhkimçi kəndlilərin vəziyyətindən, altı günlük biyardan, son dərəcə ağır vergilərdən, kəndlilərin "katorqaçılardan seçilmədiklərindən" danışılırdı. Bu onu göstərirdi ki, əsgərin iğtişaşlar təhkimçilik əleyhinə ümumkəndli mübarizəsi ilə əlaqəlidir, lakin bu əlaqə hərbi məskunların üsyanlarında daha əyani və dolğun şəkildə özünü göstərirdi.
1815–1825-ci illərdə çarizmin daxili siyasəti Napaleonla müharibədən sonra Qərbi Avropada yaranmış vəziyyəti səciyyələndirən ümumi mürtəce xətti əks etdirirdi. Müqəddəs ittifaq beynəlxalq meydanda ayrı-ayrı ölkələrdə irticanın əsaslandığı prinsipləri möhkəmləndirirdi.
Mürtəce siyasətin istinad nöqtəsi I Aleksandr, onun göstərişlərinin sadiq icraçısıТомсинов В. А. Временщик: А. А. Аракчеев. — ТЕИС, 1996. — С. 40. isə A. A. Arakçeyev idi.Кизветтер А. А. Император Александр I и Аракчеев. В кн.: Исторические очерки. М.,1912Отто Н. К. Черты из жизни гр. А. А. Аракчеева. "Древняя и новая Россия", 1875, № 1–3;Ратч В. Ф. Сведения о гр. А. А. Аракчееве. СПб., 1864 Zadəgan zümrəsindən olan müasirlərindən biri Vikel, Arakçeyev haqqında belə yazırdı:
alt=|thumb|286x286px|Aleksey Arakçeyevin ingilis rəssamı Corc Dou tərəfindən çəkilmiş portretiГосударственный Эрмитаж. Западноевропейская живопись. Каталог / под ред. В. Ф. Левинсона-Лессинга; ред. А. Е. Кроль, К. М. Семенова. — 2-е издание, переработанное и дополненное. — Л.: Искусство, 1981. — Т. 2. — С. 251, кат.№ 7813. — 360 с. (Qış sarayının Hərbi qalereyası, Ermitaj, Sankt-Peterburq) Bu qəddar və kobud artilleriya generalı imperiyada çardan sonra birinci adam oldu. K. F. Rıleyev "Çarın istəklisinə" () adlı satirasında Arakçeyevi belə səciyyələndirmişdiРылеев К. Ф. Избранное. — М: Детская литература, 1977.:
Ölkədə təşəkkül tapmış siyasi rejimi "arakçeyevçilik" adlandırmağa başladılar. Bu, təkcə kəndlilər barəsində təhkimçilik tədbirləri, əsgərlər üçün amansız hərbi təlim demək deyildi, həm də hər cür "qiyam" əlamətinin kökünü kəsmək məqsədilə casusluğa geniş yer verilməsi, nadan senzura məmurlarının əli ilə mətbuatın əsassız olaraq sıxışdırılması, yuxarıdan və aşağıdan idarəetmədə sarsaqlıq həddinə çatan xırdaçı, amansız və laqeyd formalizmdən, ən başlıcası isə Arakçeyev rejiminin hər hansı bir cəhətinə qarşı narazılığını və ya etirazını bildirənlərin hamısına amansızcasına divan tutması demək idi.
Arakçeyevçilik maarif sahəsində özünü daha əyani göstərirdi. I Aleksandrın çarlığının ilk illərində təsis edilmiş xalq maarifi nazirliyi, görkəmli tarixçi Nikolay Karamzinin ifadəsinə görə, "nadanlıq nazirliyinə" çevrilmişdi. 1816-cı ildə knyaz A. N. Qolitsın bu nazirliyin başçısı təyin edildi,Фёдоров В. А. Голицын // Православная энциклопедия. — М. : Церковно-научный центр "Православная энциклопедия", 2006. — Т. XI. — С. 695–697. — 752 с. — 39 000 экз. — ISBN 5-89572-017-X. həm də nazirliyin özü kilsə işləri ilə birləşdirildi. Puşkinin epiqramında Qolitsıni "xolop" ürəkli və "maarif düşməni" adlandırılır. Qolitsın öz ətrafına Maqnitski, Runiç kimi cəhalətpərəstləri toplamışdı. Qabaqcıl ideyalara qarşı mübarizədə, "Müqəddəs İttifaq"ın etiqadının rəmzi — İncil, din, mistika irəli sürülmüşdü.