Zoltan Ambruş (; ) — Macarıstan yazıçısı və tərcüməçisi.

Həyatı Debreçendə gimnaziyanı bitirdikdən sonra Budapeştdə hüquq fakültəsində təhsil almışdır. 18 yaşı olarkən atasının vəfat etməsindən sonra bütün ailənin yükü onun çiyinlərinə düşdü. O, Pesti Naplo, Fővárosi Lapok və Budapest Szeml kimi qəzetlər üçün məqalələr və teatr əsərlərinin tənqidini yazırdı. 1885-ci ildə Parisə köçdü və burada Kollec-de-Fransda və Paris Universitetində ədəbiyyat ixtisasına yiyələndi. Peşt şəhərinə geri döndükdən sonra A Hét jurnalı üçün bir sıra qısa həcmli hekayələr yazdı. 1900-cü ildə Új Magyar Szemle qəzetinin redaktoru oldu və Nyuqat jurnalı üçün məqalələr yazdı. 1917–1922-ci illər arasında Milli Teatrın direktou oldu.

Əsərləri Macarıstanın şəhər quruluşu haqqında yazırdı. Onun romanı Midás király (1906) əsas psixoloji işdir. Qüstav Flober, Viktor Şerbyule, Gi de Mopassan, Anatol Frans və Onore de Balzak da daxil olmaqla bir sıra fransız yazıçılarının əsərlərini macar dilinə tərcümə etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Macarıstan redaktorları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Romantisizm dövrü yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Jurnal redaktorları