() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şərqi Qərbi Türkiyədə, Qafqazda təbii halda yayılmışdır.
Botaniki təsviri Həmişəyaşıl, hündürlüyü 30 sm-ə çatan, kökü üzdə olan koldur. Budaqları şaxələnmiş, çoxsaylı, cavan zoğları yuxarı qal xandır. Yarpaqları zoğların uclarında sıx yerləşmiş, uzunluğu 3–5 sm və eni 1,5 sm olan, əks-yumurtavari, uzunsovdan lansetvari və ya ellipsvari-lansetvariyədək dəyişir, bünövrəsinə tərəf daralmış, küt və ya ucu biz, iynəli, parlaq, çılpaq, dərili, sıx yaşıl, qısa saplaqlarda yerləşir. Çiçəkləri çox güclü şirin qoxulu, krem rəngli-ağ, 2–6 ədəd qoltuq salxımlarda yerləşərək iri, mürəkkəb, uc başcıqları formalaşdırır. Kasacığın borucuğunun uzunluğu 1,5 sm, nazik, çılpaq, bəzən çəhrayıtəhər, kasacığın əyrisinin diametri 1,5 sm-dək, hissələri uzunsov, kütdür. Çəyirdəkləri çəhrayı və ya qırmızı, ətlidir. İyun-iyul aylarında yarpaqlar açıldıqdan sonra çiçəkləyir.
Ekologiyası İstiyə, soyuğa, küləyə, quraqlığa davamlıdır. −23 °C şaxtalara dözür.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi Yüksək dekorativ bitkidir, mədəni şəraitdə az istifadə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax