Puanso krateri () — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını fransız riyaziyyatçısı və mexaniki olan Lui Puansonun şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Prenektarian dövrünə təsadüf edir.
Kraterin təsviri 300px|thumb|left|Puanso kraterinin ətrafı Puanso kraterinə ən yaxın yerləşən krater Plaskett krateridir və ondan şimal-qərbdə yerləşir. Haskin krateri bu kraterdən şimal-şərqdə, Heymans krateri cənubda və Tissen krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları , dərinliyi 65,1 km, dərinliyi isə 2,75 km-dir.
Puanso krateri dairəviyə yaxın formaya malikdir, əhəmiyyətli dərəcədə parçalanmışdır. Şimal-cənub oxu boyunca çıxıntısı var. Kraterin səthinin şərq hissəsi aydın şəkildə seçilən kiçik bir kraterin səthi ilə düzləşdirilmişdir. Geniş və hamar sahə kiçik kraterlərlə və dərin şırımlarla kəsilmişdir. Ərazinin ətrafındakı şaftın hündürlüyü 1270 m-dir. Kraterin həcmi təxminən 4100 km³-dir. Kraterin dibində bir çox kiçik kraterlər yerləşir. Kraterin qərb hissəsində kəskin nəzərə çarpan kasaşəkilli krater yerləşmişdir.
Peyk kraterləri 300px|thumb|right|Clementine zondunun çəkdiyi fotoşəkil Lavleys EnlikUzunluqDiametrE80.2° N129.8° W25 kmK77.6° N141.3° W16 kmP77.2° N149.7° W27 km
İstinadlar
Mənbə
Xarici keçidlər LAC-1 area - Map of northern lunar pole
Kateqoriya:Ay kraterləri