Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut, v. 5 avqust, 2024) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Həyatı Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib
Yaradıcılığı "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu "Vətən mövzusu" olmuşdur. Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur:
Şairin «Şərurum», «Darı dağ», «Maxta», «Siyaquta qayıtmışam», «Ordubadı gəzərkən», «Arpaçayı aşdı-daşdı», «Naxçıvan torpağı», «Axura» və s. şeirlərində Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvan Muxtar Respublikasının gözəlliyi tərənüm edilir:
Kitabları
“Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. “Aşıq Nabat” (tərtibçi).
Haqqında deyilənlər
Budaq Təhməzin yaradıcılığı barədə əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev "Kommunist" qəzetinin 25.10.1983-cü il tarixli sayında, habelə akademik İsa Həbibbəyli onun şeirləri haqqında müsbət fikirlərini bildirmişdir. Filologiya elmləri doktoru Muxtar Kazımoğlunun, geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudun, filologiya elmləri namizədi Sona Vəliyevanın, Xalq şairi Balaş Azəroğlunun, şair Rafiq Odayın və başqalarının şairin yaradıcılığı haqqında maraqlı fikirlər söyləmişdilər. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu yazır:
Geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmud isə şair Budaq Təhməzin yaradıcılığını belə qiymətləndirir:
Filologiya elmləri namizədi Sona Vəliyeva şairin yaradıcılığına fəlsəfi nöqteyi-nəzərdən yanaşır:
Xalq şairi Balaş Azəroğlu isə Budaq Təhməzə olan məhəbbətini belə ifadə edir:
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun "Qeyrət” nəşriyatının direktoru işləmiş Vaqif Məmmədov yazırdı:
Mükafatları
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin “Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə “Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb.
Həmçinin bax Rəvan Tohidoğlu Abbas Hacıyev
İstinadlar
Xarici keçidlər Budaq Təhməz:Söz göyərdirəm Budaq Təhməz yaradıcılığında Vətən mövzusu.
Kateqoriya:Şərur rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:"Məmməd Araz" mükafatı laureatları