Arkadi Ter-Tadevosyan (, ; ) — Birinci Qarabağ müharibəsi dövründə erməni qüvvələrinin hərbi lideri və Ermənistanın keçmiş müdafiə nazirinin müavini olan sovet və erməni generalı."Armenian general on OSCE MG co-chairs’ parity ." Tert. Retrieved may 18, 2012. Ter-Tadevosyan 1992-ci ilin may ayında baş vermiş Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınır.Melkonian, Markar. My Brother's Road: An American's Fateful Journey to Armenia. New York: I. B. Tauris, 2005, pp. 219–220 Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur.

Həyatı Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra zabit olmağa qərar verdi. Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasına qəbul oldu. Əfqanıstanda vəzifədə olarkən "Dağ tülküsü" ləqəbini qazandı. Şərqi Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirdi və Ermənistan Dövlət Aqrar Universitetində müəllim vəzifəsində çalışmağa başladı. Sovet İttifaqının parçalanması və Dağlıq Qarabağdakı münaqişə ilə 1990-cı illərdə Ter-Tadevosyan Sovet Azərbaycanının sərhədlərini əhatə edən erməni kəndlərini müdafiədə iştirak etmişdir. Sasuntsi Davit dəstəsinə qoşunları Azərbaycanlı hərbçilər tərəfindən atılan müntəzəm hücumlardan müdafiə etmək üçün qoşulub.

Birinci Qarabağ müharibəsi Bundan sonra əsgər yetişdirmək üçün Dağlıq Qarabağa getmişdir. Ter-Tadevosyan 1991-ci ildə Təhsil Korpusunun Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin ilk əhəmiyyətli hərbi qələbəsini qeyd etdiyi strateji şəhər olan Şuşa şəhərini ələ keçirmək üçün əməliyyatın komandiri seçilmişdir. Ter-Tadevosyan Ermənistanda "Şuşa işğalının başçısı" kimi tanınır. Կոմանդոս. Կենաց պայքար (Komandos: A Struggle for Survival) ." Panarmenian.net. November 2, 2010. O, erməni silahlı qüvvələrinin formalaşmasında iştirak etmiş və inkişaf etmiş bir qurum kimi ortaya çıxmadan əvvəl ciddi çətinlikləri aradan qaldırmağa kömək etmişdir. 25 may 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı əldə etdiyi uğurlar üçün Ter-Tadevosyana general-mayor rütbəsi verildi. Həmçinin "Döyüş xaçı" medalına layiq görülmüşdür.

2000-ci ilin may ayında Ter-Tadevosyan "Yerkrapa" veteranlar ittifaqını tərk etmiş və "Azadlıq müharibəsi veteranları ittifaqı"nı qurmuşdu, o həmin ilin iyul ayında tərk etdi, baxmayaraq ki, qoşulmuş şəxslər haqqında şəxsi narazılıqlarını bildirirdi.Ter-Saakyan, Karine. "Karabakh Veterans Split by Conflicting Loyalties." Institute for War & Peace Reporting. CRS No. 52, October 6, 2000. Retrieved July 16, 2008.

Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Bako Saakyan Ter-Tadevosyanı 2009-cu ildə Şuşanın işğalının 17-ci ildönümünə həsr olunmuş "Qızıl Qartal" ordeni və "Dağlıq Qarabağ Qəhrəmanı" adına layiq görülmüşdür.NKR President decorates Arkady Ter-Tadevosyan with the Golden Eagle Order Retrieved may 18, 2012.Commandos: struggle for survival, Panarmenian.net, 2010 Retrieved may 19, 2012.

Son illərdə Ermənistan Silahlı Qüvvələrində mütəxəssislərin hazırlanmasına nəzarət etmişdir. 31 mart 2021-ci ildə İrəvanda vəfat etmişdir.

İstinadlar

Ədəbiyyat "Tadevosyan, Arkady" entry in the Encyclopedia of Karabakh Liberation War: 1988–1994. Yerevan, 2004.

Xarici keçidlər

Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:Ermənistan generalları