Türkmənistan itüzümü ()
Təbii yayılması Türkmənistan itüzümü Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır. Botaniki təsviri Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir. Toxumları kiçik, embrion kəsikli, ətrafında böyük endosperma yerləşir. Üst qatı bərk, qalın olub, 2-4 ay ərzində, may-sentyabr aylarına qədər yetişir. Payızda-qışda yarpaqları və meyvələri kolun üzərindəki sıx iynələrə görə çətin seçilir. Ekologiyası Kserofit, freatrofit bitki olub çay kənarlarlında, nisbətən quru ərazilərdə rast gəlinir. Azərbaycanda yayılması Kiçik Qafqazda, Kür-Araz ovalığında, Naxçıvanda təbii halda yayılmışdır. İstifadəsi Uzun müddətli çiçəkləyir. Canlı çəpərlərin salınmasında istifadə edilir. Yaşıl yarpaqları və yetişmiş meyvələri mal-qara tərəfindən yeyilir. Mənbə Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
Kateqoriya:Bitkilər Kateqoriya:Kollar Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Azərbaycan florası