Dayna Tayminya (, ; ) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru.

Bioqrafiyası Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb. 1997 - 2006-cı illərdə Kornell Universitetində dosent vəzifəsində çalışmışdır.

2007-ci ildən Dayna Tayminya New York-da Kornell Universitetində professor olaraq riyaziyyatdan dərs deyir. 2010-cu ildə hər il təqdim edilən Diagram mükafatının lauriyyatı olur. Hansı ki hər il "The Bookseller" jurnalı bu mükafatı təqdim edir. Dayna Tayminyanın «Crocheting Adventures with Hyperbolic Planes» kitabı mükafat münsifləri tərəfindən "tam dəlilik" adlandırılırЛатвийский математик стала лауреатом международной премии за «полное безумие» на сайте Delfi.lv, 29 марта 2010Математик Дайна Тайминя из Латвии стала лауреатом премии «Diagram» на сайте baltic-course.com, Нина Коляко, БК, Рига, 30.03.2010.

Nəşrlər Müəllifi olduğu kitablar : «Crocheting Adventures with Hyperbolic Planes» (AK Peters, 2009) Experiencing Geometry: Euclidean and Non-Euclidean with History (co-author with David Henderson, 3rd edition, Pearson Prentice Hall, 2005) «Riyaziyyatın tarixi» (1990.) «Antik riyaziyyat», Mathematics in antiquity (Latviya), Riqa: University Press, 1981 və b.

Ümumi rus, latış və ingilis dilində 47 nəşr.

İstinadlar

Mənbə Şəxsi veb səhifə Kateqoriya:Latviyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Qadın riyaziyyatçılar Kateqoriya:Latviyanın qadın yazıçıları Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları