Vladislav Volodimiroviç Kanevski (; ) — Ukrayna diplomatı, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2019–2024).

Həyatı Vladislav Kanevski 2 yanvar 1973-cü ildə Vinnitsa şəhərində anadan olub. 1996-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini, 2003-cü ildə isə Ukrayna Xarici İşlər Nazirliyi yanında Ukrayna Diplomatik Akademiyasını bitirib. Polyak, ingilis, rus dillərini bilir.

1996–1998-ci illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Vətəndaşlıq, miqrasiya, irs və xaricdəki vətəndaşlarla əlaqələr şöbəsinin mütəxəssisi olub.

1998–2002-ci illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin üçüncü və ikinci katibi olub.

2003–2004-cü illərdə MDB-nin Birinci Ərazi İdarəsinin Dövlət Başçıları Şurasında Ukraynanın sədrliyini təmin edən katibliyin katibi, Ukrayna Xarici İşlər Nazirinin birinci müavininin katibliyinin Ukrayna Ali Radası ilə əlaqələr üzrə rəhbəri işləyib.

2004–2008-ci illərdə Ukraynanın Krakovdakı Baş Konsulluğunun konsulu olub.

2008–2011-ci illərdə Konsulluq Xidməti Departamentinin Seçicilərinin Dövlət Reyestrində müşavir, şöbə müdiri vəzifəsinin icraçısı, Konsulluq Xidməti Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri işləyib.

2011–2012-ci illərdə Ukraynanın Lyublin (Polşa) şəhərindəki baş konsulu olub.

2012–2014-cü illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin müşaviri-elçisi, 2014-cü ildə Ukraynanın Polşa Respublikasındakı müvəqqəti işlər üzrə vəkili işləyib.

2018-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar şöbəsinin direktoru vəzifəsində çalışıb.

27 fevral 2019-cu ildən Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, etimadnaməsini 2019-cu il mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib . president.az, 17.05.2019 22 fevral 2024-cü ildə səfir vəzifəsindən geri çağırılıb.

İstinadlar

Xarici keçidlər Səfir

Kateqoriya:Ukraynanın Azərbaycandakı səfirləri Kateqoriya:Ukraynanın Polşadakı səfirləri