Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü.Liukkonen, Petri. "Johan Huizinga". Books and Writers (kirjasto.sci.fi). Finland: Kuusankoski Public Library. Archived from the original on 10 February 2015. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi.Catalogus Professorum Academiae Groninganae — 2014. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ). Sonradan, Homo Ludens ( 1938 ) adlı tədqiqat Heyzinqin ən məşhur əsəri oldu .Şərqşünas olaraq dərs verməyə davam edərək 1905-ci ildə Ümumi tarix və Niderland tarixi sahəsində professor oldu. 1942-ci ilə qədər bu vəzifədə qaldı. 1942-ci ildə, Niderland almanlar tərəfindən işğal edildikdə, Almanları ciddi şəkildə tənqid etdi. 1930-cu illərdə faşizmə qarşı çıxdı. O, ölümünə qədər natsistlər tərəfindən təcrid olunmuşdu. O Ernhemdə vəfat etdi. Nazi rəhbərliyi ölümündən bir neçə həftə sonra sona çatdı. Onun məzarı Oegstgeestdə islahatçı kilsənin qəbiristanlığında yerləşir. İstinadlar

Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları