Qriqori Yeqorov (tam adı: Qriqori Antonoviç Yeqorov, , ; ) — erzyan əsilli SSRİ yazıçısı, jurnalist, Mordoviya milli nəşriyyat təşkilatçılarından biri. Biorqrafiyası Qriqori Yeqorov 26 noyabr 1889-ci ildə Rusiya imperiyası, Saratov quberniyası, Kamaevka kəndində (indiki Lopatinski rayonu, Pemza vilayəti) anadan olmuşdur. Jurnalist, mordoviya milli nəşriyyatının təşkilatçılarından biri olmuşdur. 1910-cu ildə imtahan verərək müəllim adını almışdır. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Birinci dünya və Vətəndaş müharibələrinin iştirakçısıdır. Sovet İttifaqı Kommunist Partiyasında 1923-27-ci illərdə Petrov və Kuznets qəzalarında çalışmışdır. erzyan dilində qəza qəzetinin təşkilatşılarəından biridir. 1927-ci ildən etibarən «Yakstere Teste» ("Qırmızı ulduz") qəzetində fəaliyyət göstərmişdir. N. V. Qoqol, A. M. Qorskinin əsəsrlərini mordva-erzyan dilinə tərcümə etmişdir. 24 iyun 1963-cü ildə SSRİ, Moldova Sovet Sosialist Respublikası, Traspol rayonu, Traspol şəhərində vəfat etmişdir.
Ədəbiyyat История Мордовии в лицах: Биограф. сб. Саранск, 1994. Дёмин, Василий Иванович. Эрзянь журналистиканть эрямопингезэ: монография: кавто пельксстэ = История эрзянской журналистики: монография: в 2 ч. / Василий Дёмин. – Саранск: Лит. фонд России, 2013. – Васенце пельксэсъ = Ч. 1. – 404 с. – Мордов.-эрзя яз. Савин О.М. Егоров Григорий Антонович / Пензенская энциклопедия. М.: Научное издательство «Большая Российская энциклопедия», 2001, с. 173 İstinadlar